DİQQƏT! Ölkədə TV və radio yayımı dayandırılacaq

Oktyabrın 16-da Azərbaycanın efir məkanında kompleks profilaktika keçiriləcək. Bu barədə özəl olaraq Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə məlumat verib. Profilaktika ilə əlaqədar olaraq telekanal və radiostansiyaların yayımı həmin gün saat 06:00-dan 15:00-dək dayandırılacaq.

Qeyd edək ki, kompleks profilaktika bütün avadanlıqların texniki vəziyyətinin yoxlanılmasını nəzərdə tutur. Prosedur texniki problemlərlə qarşılaşmamaq baxımından zəruridir. Trend.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR