Pakistan səfiri gənclərlə görüşüb

Gənclər Təşkilatları Milli Şurası tərəfindən Gənclər və İdman Nazirliyinin dəstəyi və Xarici İşlər Nazirliyinin tərəfdaşlığı ilə keçirilən "Gənc Elçilər" proqramı çərçivəsində Pakistan Respublikasının səfirliyində görüş keçirilib. "OLAYLAR"-a daxil olan məlumata görə, görüşdə ilk öncə Pakistan Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Saeed Khan Mohmand ilə Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynovun iştirakı ilə görüş baş tutub. Görüş zamanı Azərbaycan-Pakistan münasibətləri, əməkdaşlıq sahələrindən danışılıb. Qeyd edək ki, Pakistan Respublikası Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdən biridir və görüşdə səfir tərəfindən xüsusən vurğulanıb. Görüş müddətində gənc elçilərə Pakistan Respublikasının yaranması və onun müasir beynəlxalq münasibətlərdəki yeri ilə bağlı ətraflı məlumat verilib. Həmçinin, görüş zamanı səfirliyin hərbi attaşesi tərəfindən Pakistanın regional təhdidlər qarşısında gördüyü tədbirlər və Kəşmir münaqişəsi haqqında məlumat verilib. Sonda səfir tərəfindən iştirakçıların sualları cavablandırılıb və hədiyyələr təqdim olunub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR