Qubada 6 mindən artıq əhalinin gediş-gəlişi yaxşılaşacaq

Quba rayonunun Rustov-Xanəgah-Gürdəh, Rustov-Nöydün-Şuduq, Rustov-Məckəxacə, Rustov-Bağçalı-Yekdar avtomobil yollarının tikintisi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq "Azəravtoyol" ASC tərəfindən aparılan işlər yekulaşmaq üzrədir. Səhmdar Cəmiyyətdən "OLAYLAR"-a bildirilib ki. artıq sözügedən yollar boyu son tamamlanma işləri görülür. Layihə çərçivəsində 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulub. Aparılan işlər zamanı yolun yatağının eni genişləndirilərək 10 metrə çatdırılıb, yeni yol əsası inşa edilib. Bununla da yolun hərəkət hissəsinin eni 6 metr, hər iki istiqamət üzrə isə çiyinlərin eni 2 metr təşkil edir. Aparılan tikinti işləri çərçivəsində yollar boyu 6 avtomobil körpüsü də inşa edilib. Belə ki, Rustov kəndində 9 və 18 metr uzunluğunda 2 körpü, Rustov-Gürdəh yolunda 18 metr uzunluğunda 1 körpü, Aşağı və Yuxarı Xanəgah kəndlərində 9 metr uzunluğunda 2 körpü, Baxçalı yolunda isə 5 metr uzunluğunda 1 körpü inşa edilib. Qeyd edək ki, sözügedən avtomobil yollarının salınması ilə 12 yaşayış məntəqəsinin 6 mindən artıq əhalisinin Quba şəhərinə gediş-gəlişi xeyli rahatlaşır, yük və sərnişin daşıması asanlaşır. Bundan başqa yeni yolların tikintisi bölgənin turizm potensialının artmasına, kənd təsərrüfatının inkişafına və insanların həyat şəraitinin yaxşılaşmasına gətirib çıxaracaq.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR