Özbəkistanın “Soqdiana” ansamblı Azərbaycan bəstəkarlarının əsərlərinə geniş yer ayırır

Muxtar Əşrəfi adına Özbəkistan Dövlət Konservatoriyasının nəzdində fəaliyyət göstərən "Soqdiana" xalq çalğı alətləri orkestri yeni mövsümün açılışını edib.

Açılışda Avropa və Azərbaycan bəstəkarlarının əsərləri ifa edilib.

Tədbirdə orkestrin xidmətləri haqqında danışılıb, kollektivin bədii rəhbəri, Özbəkistanın Əməkdar Artisti, professor Fizruzə Abduraximovaya Özbəkistan Mədəniyyət Nazirliyinin fəxri fərmanı təqdim edilib.

Ölkəmizin Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov tədbirdə Azərbaycanın zəngin musiqi ənənələri haqqında danışıb, Şərqdə ilk operanın dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli tərəfindən yazıldığını diqqətə çatdırıb, Azərbaycan musiqisinin Özbəkistanda maraqla qarşılandığını qeyd edib. O deyib ki, rəhbərlik etdiyi mərkəz "Soqdiana" orkestri ilə sıx əməkdaşlıq edir. Mərkəzin xətti ilə keçirilən tədbirlərdə orkestr daim iştirak edir. "Soqdiana" repertuarında Azərbaycan bəstəkarlarının əsərlərinə geniş yer verir.

Sonra orkestr Üzeyir Hacıbəylinin "Arşın mal alan" əsərindən fraqmentlər, Fikrət Əmirovun "Qarabağ Azərbaycan incisidir" əsərini səsləndirib.

"Qarabağ Azərbaycan incisidir" əsəri ifa olunarkən monitorlarda Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən hazırlanmış, Qarabağın füsunkar təbiəti, Azərbaycan torpaqlarının işğalı, bu torpaqlarda dağıdılmış abidələrdən bəhs edən videoçarx nümayiş etdirilib. İfa edilən əsərlər alqışlarla qarşılanıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR