ASAN könüllüləri SOCAR-da təcrübə keçəcəklər

SOCAR və ASAN xidmət arasında əməkdaşlıq müqaviləsi çərçivəsində ASAN könüllülərinin SOCAR-ın idarə və müəssisələrində ixtisaslarına uyğun təcrübə keçmələri nəzərdə tutulur. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, artıq ASAN könüllülərinin iki qrupu SOCAR-ın idarə və müəssisələrində ödənişsiz təcrübə keçmişdir. Könüllülərin növbəti qrupu təcrübi bilik qazanmaq məqsədilə müraciət etmiş və 45 nəfərin müraciəti qəbul olunub. Müvafiq müsabiqə prosedurunu (test imtahanı və müsahibə) uğurla keçən 20 nəfər ASAN könüllüsü SOCAR-da təcrübə imkanı əldə etmişdir. Onlardan 4 nəfəri İnformasiya Texnologiyaları və Rabitə İdarəsində, qalanları isə hər biri 3 nəfər olmaqla Neftqaztikinti Trestində və Azneft İB-də, hər biri 2 nəfər olmaqla Baş ofisin İnsan Resursları Departamentində, Heydər Əliyev adına Neft Emalı Zavodunda və Əmək Şəraiti Normalarının İşlənməsi İdarəsində, hər biri 1 nəfər olmaqla Ekologiya İdarəsində, Geofizika və Geologiya İdarəsində və Neftqazelmitədqiqatlayihə İnstitutunda ödənişsiz təcrübə keçəcəklər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR