Bakı Ali Neft Məktəbinin 5 tələbəsi təhsilini Yunanıstanda davam etdirəcək

Bakı Ali Neft Məktəbində "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisası üzrə təhsil alan 5 tələbə təhsilini Yunanıstanda davam etdirəcək. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, tələbələr arasında keçirilən müsahibənin nəticələri, ümumi orta müvəffəqiyyət göstəricisi və müstəqil şəkildə əlavə tədris materiallarını mənimsəmə qabiliyyətinə görə Şükürlü Mədinə, Hacıbalayeva Gülşən, İbrahimov Eltun, Qarazadə Rəmziyyə və Baxşılı Əmiraslan Yunanıstanın Pirey Tətbiqi Elmlər Universitetində 2017/2018-ci tədris ilinin payız semestrində təhsil almaq şansı əldə etmişlər. Onlar təhsil almaqla yanaşı, dünyagörüşlərini genişləndirəcək, həmçinin Azərbaycanla Yunanıstan arasında elm və təhsil sahəsində mövcud olan əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcəklər.                               

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR