Bakıda “Atalar və Qızlar” festivalı keçiriləcək

Oktyabrın 14-də Bakıda 11 Oktyabr Beynəlxalq Qızlar günü münasibətilə "Atalar və Qızlar" festivalı keçiriləcək. "OLAYLAR"-ın xəbərinə görə, festival Niderland Krallığının Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə, BMT-nin Əhali Fondu, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Gənclər Təşkilatları Milli Şurası ilə birgə "Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi" layihəsi çərçivəsində həyata keçirilir. Festivalın əsas məqsədi müxtəlif fəaliyyətləri təşkil etməklə ata və qız övladı arasında emosional və mənəvi əlaqələri gücləndirmək, ata və qız övladlarının birgə vaxt keçirilmələrinə münbit mühiti yaratmaqdır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR