BŞTİ-də könüllülərə arayış təqdim olunub

Oktyabrın 12-də Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) IV könüllülük proqramında iştirak etmiş gənclərə arayışlar təqdim olunub. "OLAYLAR"-a daxil olan məlumata görə, tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, idarənin struktur bölmə rəhbərləri və IV könüllülük proqramını başa vuran gənclər iştirak edib. BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva çıxış edərək ölkəmizdə könüllülük proqramlarının geniş vüsət aldığını qeyd edib. İdarə müdiri könüllüləri təbrik edərək onların fəaliyyətinin yaddaqalan və səmərəli olduğunu söyləyib, hansı sahədə çalışmalarından asılı olmayaraq, könüllülərin uğur qazanacaqlarına inandığını bildirib. Çıxışı zamanı M.Vəliyeva qeyd edib ki, IV könüllülük proqramı çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə 300-ə yaxın gənc müraciət edib. Onlardan müvafiq meyarlar əsasında 100 nəfər müsahibəyə çağırılıb və 42 nəfər müsahibədən müsbət nəticə əldə edib. Seçimlərin nəticələrinə uyğun olaraq, 33 nəfər BŞTİ-nin müvafiq sektorlarında, 7 nəfər xidmət bölmələrində, 2 nəfər isə Təlimə Dəstək Mərkəzində fəaliyyətə başlayıb. İndiyədək  BŞTİ tərəfindən həyata keçirilmiş ilk könüllülük proqramında 15, ikinci proqram əsasında 26, üçüncü könüllülük proqramında 35, dördüncü könüllülük proqramında isə 42 nəfər müxtəlif sektorlarda və xidmət bölmələrində fəaliyyət göstəriblər. Onlardan 17 nəfəri hazırda BŞTİ-nin əməkdaşı kimi çalışır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR