Diqqət: Abortun fəsadları

1.1 Abort zamanı alınan zədələr

Uşaqlıq yolunun alətlərlə zədələnməsi abort zamanı ən çox rast gəlinən hallardandır. Abort uşaqlıq boynunun yırtılması ilə nəticələnə bilər.

Bəzən bu kimi hallar uşaqlığın ümümuyyətlə ləğv olmasına gətirib çıxarır.

1.2 Abort zamanı güclü qanaxmalar

Abort zamanı iri qan damarlarının zədələnməsi zamanı güclü qanaxmalar baş verə bilər. Bu kimi qanaxmalar təcili əməliyyat müdaxiləsi tələb edə bilər. Hətta bəzən qan köçürmək lazım olur. Uşaqlığın ləğv edilməsi bu vəziyyətdə tez-tez rast gəlinən hallardandır.

1.3 Abort zamanı narkozun fəsadları

Abort zamanı yerli keyitmələrin və narkozun az da olsa fəsadları olur. Ürək ritminin, nəfəs və qara ciyər fəaliyyətinin kəskin şəkildə dayanması ilə nəticələnə bilər.Ən təhlükəli fəsad isə narkozdan alınan alergiya şoku sayılır.

2. Abortdan sonrakı ilk fəsadlar

Abortdan sonra ilk günlər bu kimi hallarla rastlaşmaq olur:

2.1 Abort sonrası iltihabı proses

Uşaqlıq yolunda (metroendormit), uşaqlıq borularında (salpinqit), qarın boşluğunda (peritonit) iltihab halları çox rast gəlinən hallardandır. Abort sonrası qanın infeksiyaya məruz qalması (sepsis) təhlükəsi zamanı antibiotik müalicəsi tələb edir.

2.2 Tromboz

Qan laxtalanmasının pozulması və abort sonrası damarlarda qan laxtalarının əmələ gəlməsi abort fəsadlarına iddir.

3. Abortdan sonrakı fəsadlar

3.1 Abort sonrası uşaqlığın və uşaqlıq borularının xroniki iltihabları

Abort zamanı bədənə düşən infeksiya uşaqlığın və uşaqlıq borularında xroniki xəstəliklər əmələ gətirir. Bu zaman uşaqlıq borularında iltihabı proseslər başlayır ki, o da öz növbəsində hamiləliyin boruda inkişaf etməsinə və daha sonra ağır fəsadlarla nəticələnməsinə səbəb olur.

3.2 Abortdan sonrakı sonsuzluq

Abortdan sonra çox zaman boru keçirilməzliyi yaranır ki, bu da sonsuzluqla nəticələnir.

3.3 Abortun növbəti hamiləliklərə təsiri

Abort zamanı uşaqlıq boynunun zədələnməsi vaxtından tez doğuş və ya açılışlarla nəticələnə bilər. Xəstələr abort zamanı alətlə uşaqlığın deşilməsi halları ilə də çox vaxt rastlaşırlar.

3.4 Abortdan sonra aybaşı tsiklinin pozulması

Abort sonrası aybaşı prosesinin pozulması - çox, və ya, əksinə, az olması uşaqlığın selikli qişasının zədələnməsinə görə baş verir.

3.5 Abort sonrası pixoloji pozutular

Abort etmiş qadınların 60%-də rast gəlinən hallardan - depresiya, qorxu, səbəbsiz gözyaşları, özünü günahlandırma hisslərinin adını çəkmək olar.

Sadalanan fəsadların hamısı birinci hamiləlikdə daha təhlükəlidir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR