Nəsli kəsilməkdə olan quşlar süni şəraitdə çoxaldılır

Olaylar bildirir ki, AMEA Zoologiya İnstitutunda nadir və nəsli kəsilməkdə olan növlər süni şəraitdə çoxaldılır. Tətbiqi Zoologiya Mərkəzində institutun elmi-tədqiqat planına uyğun olaraq "Azərbaycanda bəzi nadir quşların (adi qırqovul, yaşıl qırqovul, qırmızı kəklik) süni şəraitdə çoxaldılma üsullarının hazırlanması" mövzusunda araşdırmalar aparılır.

Cari ildə icraçılar tərəfindən Qafqaz qırqovulunun çoxaldılma üsulu hazırlanıb, optimal rejim müəyyənləşdirilib və 50-dən artıq bala alınıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR