Maarif xadimi Qayıtmaz Abasovun 95 illik yubileyi keçirilib

Oktyabrın 5-də "Müəllimlər günü" kimi əlamətdar bir gündə Rayon Təhsil Şöbəsinin təşəbbüsü və təşkilatçılığı və ziyalıların dəstəyi ilə Rayonun Bozayran kəndindən olan məşhur maarif xadimi Qayıtmaz Abasovun 95 illik yubileyinə həsr edilmiz xatirə gecəsi Yardımlı şəhərində keçirildi. Yardımlı şəhərində olan Nizami adına Mədəniyyət Mərkəzində 300 nəfərdən çox ziyalı və ağsaqqalların iştirakı ilə keçirilən mərasimdə çıxış edən adlı-sanlı ziyalı və ağsaqqallar unudulmaz Qayıtmaz Əmikişi oğlu Abasovun rayon təhsil sisteminə bir pedaqoq kimi verdiyi xidmətlərdən danışmış, ruhuna işıq salınmışdır. Məktəblilərin hazırladığı ədəbi kompozisya məclisi maraqlı etmişdir. Mərasimdə həm də tariximizdə adları qalan unudulmaz pedaqoqlar anılmış, onların haqqında da gənc nəslə örnək olası xatirələr danışılmışdır.
Tariximizdə adları Qayıtmaz müəllim kimi qalan pedaqoqlara Allahdan min rəhmət!

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR