Bakının bu hissəsində seysmik təhlükə artdı - "Tədbir görülməlidir"

"Bakı şəhəri Səbail rayonunda seysmik təhlükə səviyyəsi yüksəkdir".unu AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Seysmologiya və geodinamika şöbəsinin müdiri Tahir Məmmədli deyib.

Onun sözlərinə görə, Səbail rayonunda ehtimal olunan seysmik təhlükə 12 ballıq şkala üzrə 8 bal qiymətləndirilir: "Rayonun bəzi ərazilərində seysmik təhlükənin səviyyəsi 9 bala qədər yüksəlir, həmin ərazilərdə qrunt suları vəziyyəti pisləşdirir. Rayonun Bayıl hissəsində tez-tez torpaq sürüşməsi olur. Güclü zəlzələ baş verərsə, ərazidə sürüşmə prosesi aktivləşə və dağıntının miqyasını artıra bilər".
Mütəxəssis qeyd edib ki, seysmik risk yüksək olan ərazilərdə riski aşağı salmaq üçün tədbirlər görülməlidir: "Yeni dayanıqlı binalar, oyektlər tikmək olar. Azərbaycanda seysmik riskin qiymətləndirilməsinə görə 8 bala qədər zəlzələ ola bilər".  Report.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR