Elmi-Mətodiki Mərkəzdə “Dilimizi qoruyaq” mövzusunda elmi seminar

Oktyabrın 4 - də Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzdə "Dilimizi qoruyaq" mövzusunda elmi seminar keçirilib. Olaylar bildirir ki, seminarı giriş sözü ilə Elmi araşdırmalar şöbəsinin müdiri Rafiq Quliyev açaraq iştirakçılara uğurlar arzuladı.
Mərkəzin direktoru Asif Usubəliyevə öz çıxışında qeyd etdi ki, ana dili millətin varlığı, həyat tərzi, mədəni irsidir. Tarix boyu müxtəlif təcavüzlərə məruz qalsa da, ana dilimiz özünəməxsusluğunu qoruyub saxlaya bilmişdir. Dil elə bir ünsiyyət vasitəsidir ki, başqa dilləri, xalqları və mədəniyyətləri birləşdirir.
Seminarda sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı "Üzeyir Hacıbəylinin Azərbaycan dilinin qorunmasına dair fikirləri" adlı məruzəsi ilə, Bakı Musiqi Akademiyasının baş elmi işçisi Fidan Nəsirova, mərkəzin elmi katibi Hüseyn İbrahimov, əməkdaşları Pakizə Almazova çıxış ediblər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR