Azərbaycan siyasi plüralizm ənənəsinə sadiqdir

Niyaməddin Orduxanlı: "Bütün demokratik cəmiyyətlərin əsas atributlarından biri də, siyasi plüralizmdir, söz azadlığıdır"

Azərbaycan bu gün demokratik bir ölkə olaraq özünün inkişaf dövrünü yaşayır.  Müstəqillik əldə etdikdən sonra ölkəmizin həyatında baş verən yeniliklər bütün sahələri əhatə edir ki, hər bir sahədə də ayrı-ayrılıqda tərəqqi, inkişaf tendensiyaları özünü göstərir. Bu müsbət tendensiyanı siyasi sahəyə də aid etmək mümkündür. Məhz siyasi sahədə həyata keçirilən məqsədypnlü addımlar, görülən işlər, həyata keçirilən islahatlar günümüzdə Azərbaycanı demokratik dəyərlərə sahib bir ölkəyə çevririb. Yaxın tariximizə, daha doğrusu müstəqillik illərinə qədər, eləcə də müstəqilliyimizin ilk illərinə nəzər salsaq aydın şəkildə görərik ki, həmin illərdə Azərbaycanda günümüzdə olduğu qədər siyasi aktivlik, fəallıq yox idi. Bu isə ölkədə siyasi plüralizmin təmin edilməməsi ilə bağlı idi. Müstəqillik illərinə qədər yalnız bir partiyanın, Kommunist Partiyasının mövcudluğu, müstəqilliyin ilk illərində, AXC-Müsavat hakimiyyəti dövründə isə sadəcə "demokratların" birləşdiyi Azərbaycan Xalq Cəbhəsinin fəaliyyət göstərməsi ölkədə siyasi plüralizmin demək olar ki, yoxluğu demək idi. Yəni Azərbaycan özünü müstəqil elan etsə də, lakin respublikada hansısa demokratik dəyərlərin təmin olunmasından, siyasi plüralizmdən söhbət getmirdi. Yeni dövrə uyğun olaraq siyasi fəaliyyət göstərmək istəyən ictimai-siyasi fəallar təqib edilir, onların hansısa formada təşkilatlanmasına süni əngəllər yaradılırdı. Həmin illərdə Yeni Azərbaycan Partiyasının təsis edilməsinə qarşı yaradılan əngəllər, partiya təsis etmək istəyində olan fəalların təqiblərə məruz qalması o dövrün acı gerçəklərindən idi. Bütün bu mənfi tendensiyalara görə. həmin illərdə Azərbaycan keçmiş postsovet ölkələrində siyasi plüralizmin kobud şəkildə pozulduğu, siyasi partiya və ictimai birliklərin fəaliyyətinə mane yaradıldığı respublikalar sırasında qərarlaşırdı. Ancaq bu mənfi tendensiya kifayət qədər uzun sürmədi və 1993-cü ildə siyasi hakimiyyətin səriştəsizliyi, eləcə də demokratik prinsiplərin kobud şəkildə pozulması səbəbindən ölkədə baş qaldıran etiraz dalğası, daha sonra isə silahlı üsyan ölkədə xaos, anarxiyaya yol açdı. Yaranmış vəziyyətdən çıxış yolunu ümummilli lider Heydər Əliyevi Bakıya, siyasi hakimiyyətə dəvət etməkdə görən Azərbaycan xalqı nəhayət ki, buna nail oldu və 1993-cü il, iyun ayının 15-də ümummilli lider Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtmaqla ölkədə yaranmış xaos, anarxiyanın yoluna qoyulması istiqamətində ciddi addımlar atmağa başladı. Çox qısa zamanda görülən işlər sonrakı illərdə siyasi sahədə atılan addımlar, həyata keçirilən islahatlar Azərbaycanı demokratik dünyanın bir üzvünə çevirdi. Ölkədə tədricən bütün azadlıqlar, siyasi plüralizm təmin edilməyə başlandı.

Sevindirici hal ondan ibarətdir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasət günümüzdə də uğurla davam etdirilir və Azərbaycan demokratik cəmiyyətin bir üzvü kimi istər fikir, söz və məlumat azadlığı, istər siyasi plüralizm, istərsə də digər azadlıqlara böyük hörmətlə yanaşır, onların ən yüksək səviyyədə təmin olunması istiqamətində lazımı addımlar atır. Elə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı da bu qənaətdədir. "OLAYLAR"-a verdiyi müsahibədə BAXCP rəsmisi hazırda ölkədəki siyasi plüralizmin durumundan, bu istiqamətdə atılan müsbət addımlardan eləcə də bəzi siyasi dairələrin siyasi plüralizmdən sui-istifadə hallarına yol verməsindən danışıb.

-Niyaməddin bəy, demokratik cəmiyyətlərin başlıca göstəricilərindən biri də siyasi plüralizmdir. Bu sahədə Azərbaycanda hazırkı vəziyyət necədir və sizcə ölkədə siyasi plüralizm mövcuddurmu?

-Bütün demokratik cəmiyyətlərin əsas atributlarından biri də, siyasi plüralizmdir, söz azadlığıdır. Müstəqil Azərbaycan dövləti 1991-ci ildən SSRİ-nin tərkibindən çıxdıqdan sonra, özünün müstəqillik aktını qəbul etdikdən bu günə kimi, siyasi plüralizm ənənəsinə sadiqdir. 1992-ci ildə ölkədə siyasi partiyaların formalaşması, çoxpartiyalılıq sisteminə keçidin şahidi olduq. Cəmiyyətin sürətlə inkşafı üçün hər zaman siyasi fikir azadlığına böyük ehtiyac olub. Siyasi partiyların qanun və konstitutsiya ilə fəaliyyəti birbaşa demokratik və mülki cəmiyyətin formalaşmasına, inişafına tövhə vermiş hesab edilir. Bütün demokratik ölkələr qurulandan ilk öncə daxillərində plüralizmi yaradıblar. Bütün fəaliyyətlərini bu istiqamətdə qurublar. Azad söz dövlətə vacib bir dəstəkdir. Avtoritar rejimlər isə, hər zaman alternativ fikirin səslənməsində maraqlı olmayıblar. Və hər zaman söz azadlığının olmaması üçün çalışıblar.

-Azərbaycanda siyasi plüralizmin mövcudluğu daha çox necə özünü büruzə verir və hansı cəhətlərinə görə, belə əminliklə deyər bilərik ki, Azərbaycanda siyasi plüralkizm var?

-Baxın, bu 25 il ərzində Azərbaycanda 50-dən artıq siyasi partiyalar rəsmi olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyatdan keçib və 10 yaxın rəsmi qeydiyyatdan keçə bilməyən siyasi partiyalar da mövcuddur. 4000-ə yaxın rəsmi qeydiyyatdan keçmir Vətəndaş Cəmiyyəti- Qeyri Hökümət Təşkilatları - (QHT) yaranıb. Yüzlərlə media orqanları, onlarla televiziya kanallları qurulub. Bu faktın özü onu deməyə əsas verir ki, Azəraycanda siyasi plüralizimin mövcud olduğunu təstiq edək. Və hakmiyyətin nümayəndələrinin bu məsələdə maraqlı olduğunun şahidi oluruq. Alnernativ fikir, sağlam tənqid ölkənin maraqlarına cavab verir. Siyasi tənqid isə, demokratiyanın ənənələrindən biridir. Azərbaycanda dövlət idarəçiliyi prezident üsul idarəsi ilə həyata keçirilir. Həmçinin də qanunvericilik orqanı olan Milli Məclisdə 14 siyasi partiyanın təmsilçiləri var. Bu partiyalardan biri hakim Yeni Azərbaycan Partiyasıdır, digər yerdə qalan 13 siyasi təşkilat birbaşa müxalifəti təmsil edir. Bu da parlametdə siyasi partlyaların fəaliyyətinin olmasından xəbər verir. Parlament də siyasi plüralizmın olmasının göstəricisidir. Dəfələrlə parlament müxalifətinin sərt çıxışlarının da şahidi olmuşuq. Hökümətin verdiyi hesabatlarda parlament müxalifətinin hesabatın əleyhinə səs verməsinin də şahidi oluruq.

-Bu gün parlamentin tərkibi, parlamentdə təmsil olunan partiyalara maddi yardımın ayrılması fonunda da siyasi plüralizmin mövcud olduğunu söyləmək olarmı?

-Parlamentdə təmsil olunan partiyaların maaliyələşməsi çox doğru bir addımdır, qərardır. Bütün inkşaf etmiş ölkələrdə, Türkiyədə, Almaniyada, Fransada, İngiltərədə və digər Avropa ölkələrində parlamentdə təmsil olunan siyasi təşkilatlar dövlət budcəsindən maliyyə alır. Siyasi partiyaların maliyyə alması onların söz azadlığına hər hansı bir təsir edə bilməz. Budcənin gəlirləri vergilər hesabına və başqa vəsaitlər hesabına dolur. Həmin partiyalar da bu xalqın nümayəndələridir. Əksinə, bununla onlar xarici təsir imkanlarını sıfıra endirmiş olurlar. Necə deyərlər, pulu kim veribsə, sifarşi də o verəcək. Ancaq budcədən aldıqları pul xalqın puludur və onlar da borcludurlar ki, xalqa xidmət etsinlər. Burada alınan pul heç bir rol oynaya bilməz. Onların siyasi fikir azadlığını əllərindən ala bilməz.

--Partiyaların tutduğu xətt, nümayiş etdirdikləri siyasi mövqe bu sırada nə dərəcədə nümunə rolunu oynayır. Yəni ölkədə müxtəlif yönlü partiyaların fəaliyyət göstərməsi də siyasi plüralizmdən xəbər vermirmi?

- Əlbəttə ki, birbaşa onun göstəricisidir. Ölkədə siyasi müxalifət varsa və qeyd etdiyim kimi parlament səviyyəsində təmsilçilik mövcuddursa, artıq bu, qeyd etdiklərinizin təsdiqidir. Bizim ölkədə müxalifət düşərgəsinin özü iki hissəyə bölünüb. Bir hissəsi qatı radikallıqları ilə seçilir. Barışmaz mövqe sahibidirlər. Bütün rəngləri qara görürlər. Hətta milli maraqları belə nəzərə almadan hakimiyyətə qarşı amansız siyasi düşmənçilik belə aparırlar. Digər müxalif partiyalar isə, konstruktiv mövqeyəri ilə seçilirlər. Hakmiyyətlə dialoqun tərəfdarlarıdırlar. Dövlətinin inkişafını aparılacaq islahatlarda görürlər. Yəni bunları deməkdə məqsədim odur ki, Azərbaycanda solçu, sağçı, mərkəzçi müxalif siyasi təşkilatlar fəaliyyət göstərirlər.

-Bəs digər ölkələrlə, xüsusilə region ölkələri ilə müqayisədə Azərbaycan bu sahədə hansı yerdə qərarlaşıb?

-Azərbaycan qonşu ölkələrlə müqayisədə geri qalmır. Sadəcə, bir sıra məqamlar var ki, onu qeyd etmək istəyirəm. Qonşu ölkələrin parlamentində proporsional seçki sistemindən istifadə edirlər. Yəni , parlamentdə siyasi partiyalarln aldığı səsə görə, təmsilçiliyi. Bizdə isə, bu sistem yoxdur. Parlament mojaritar seçki sistemi ilə təmsil olunur. Təkmandatlı sistemin seçilməsinə üstünlük veririk. 2000-ci ilə qədər Azərbaycanda qeyd etdiyim proporsional sistem parlamentdə mövc0ud olub. Referendumdan sonra ləğv edildi.

-Sizcə, siyasi plüralizmdən partiyalar səmərəli istifadə edirlərmi, yoxsa bu sahədə də sui-istifadə hallarına yol verilir?

-Azərbaycanda dediyim kimi, üst-üstə 60 yaxın siyasi partiya var. Bunlar arasında plüralizmdən çox səmərəli istifadə edən siyasi partiyalarda var, sui-istifadə edən təşkilatlar da. Hər kəs özünün düşüncəsinə görə hərəkət edir. Dövlət və xalqı düşünənlər, yalnız demokratik quruculuqda maraqlıdırlar, şəxsi maraqlarını düşünən, nəyin bahasına olursa olsun, hakimiyyətə gəlmək arzusunda olanlar üçün isə, siyasi plüralizm bir qalxandır. Bu qalxandan istifadə edib, maraqlarını həyata keçirmək istəyirlər.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR