Elmira Süleymanova UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərini qəbul edib

İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardinini qəbul edib. Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, görüşdə UNİCEF-lə əməkdaşlıqda görülən işlərin nəticələri, həmçinin əməkdaşlığın prioritet istiqamətləri müzakirə olunub.

Regionlarda monitorinq və maarifləndirmə işinin önəmini vurğulayan Müvəkkil bu istiqamətdə fəaliyyətin davam etdirilməsinin, keçirilən təlimlərlə yanaşı, regionlarda yerləşən uşaq müəssisələrinə Ombudsmanın Milli Preventiv Qrupu tərəfindən UNİCEF-lə birgə baxışların keçirilməsinin məqsədəmüvafiq olacağını qeyd edib. E.Süleymanova Yuvenal Ədliyyə haqqında qanun layihəsinin qəbul edilməsi işində birgə lobbiçilik fəaliyyətinin əhəmiyyətini vurğulayıb. Müvəkkil əlavə etmişdir ki, Milli Məclis tərəfindən yaxın zamanda sözügedən qanunun qəbul olunması gözlənilir. UNİCEF nümayəndəsi Ombudsman təsisatı ilə sıx əməkdaşlıqdan, görülən işlərin nəticələrindən məmnunluğunu dilə gətirib bu istiqamətdə istənilən dəstəyi verməyə hazır olduğunu bildirib. Apa.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR