AHİK sədri: Əmək miqrantlarının hüquqlarının qorunması vacib şərtdir

2017-ci il sentyabrın 12-də Moskvadakı  Əmək sarayında Ümumhəmkarlar İttifaqları Konfederasiyasının (ÜHİK)  VIII qurultayı keçirilib. Qurultayın işində sıralarında 50 milyon işçini birləşdirən MDB müstəqil dövlətlərinin həmkarlar ittifaqları birliklərini  və beynəlxalq sahə həmkarlar ittifaqları birliklərini təmsil edən 131 nümayəndə iştirak edib.  Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından "Olaylar"a verilən məlumata görə, hesabat məruzəsi ilə ÜHİK-in baş katibi V.Şerbakov çıxış edib. Qurultayda həmçinin ÜHİK-in nəzarət-təftiş komissiyasının hesabatı da dinlənilib. Məruzə ətrafında müzakirələrdə çıxış edən  Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev  qeyd edib ki, ÜHİK-in həmkarlar ittifaqı üzvlərinin sosial-iqtisadi maraqlarının müdafiəsində oynadığı rol əvəzsizdir: "Azərbaycan Milli Məclisi tərəfindən BƏT-in 11 Konvensiyasından  altısı artıq ratifikasiya olunub.İkisi isə Baş Kollektiv Sazişə müvafiq olaraq iki il ərzində ratifikasiya olunacaqdır". AHİK sədri öz çıxışında hələ də həllini tapmamış bir sıra problemlərə, o cümlədən də əmək miqrantlarının hüquqlarının qorunması məsələsinə də toxunub və qeyd edib ki, həyat özü əmək miqrasiyası problemini  həmkarlar ittifaqlarının prioritet vəzifələri sırasına daxil etməyə vadar edir. Biz Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında  bu problemi  həmyerlilərimiz olan çoxsaylı əmək miqrantlarınının çalışdığı ölkələrin həmkarlar ittifaqı mərkəzləri ilə əməkdaşlıq haqqında ikitərəfli müqavilələrin bağlanması ilə həll etməyə çalışıq. Bizim bir sıra sahə həmkarlar ittifaqları Rusiya, Özbəkistan, Qazaxıstan, Serbiya, Bosniya və Hersoqovina həmkarlar ittifaqları ilə belə müqavilələr imzalayıblar.  S.Mehbalıyev  bildirib ki, ÜHİK-in vəzifəsi bundan sonra da həmkarlar ittifaqlarının gələcəyi naminə dövlətlərimizin və beynəlxalq sahə həmkarlar ittifaqı mərkəzlərinin birliyinə, həmrəyliyinə nail olmaqdır. Biz ÜHİK-dən hazırkı əmək münasibətlərinə uyğun  yeni normativ sənədlərin işlənib hazırlanmasını gözləyirik: "Bu gün Azərbaycan hüquqi, demokt, bütün dünyaya açıq olan bir dövlət qurur" deyən AHİK sədri diqqətə çatdırıb ki,  Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası 2018-ci ilin fevralında özünün növbəti  V qurultayına hazırlaşır. Bu qurultaya biz üzv təşkilatlarımızın fəal mövqeyi, möhkəm sosialyönümlü qanunverici baza ilə gedirik.  Hesab edirik ki, qurultaya hazırlıq dövrünü  biz Azərbaycanda həmkarlar ittifaqı hərəkatının möhkəmlənməsinə yönəlmiş güclü ictimai-siyasi kampaniya kimi istifadə edə biləcəyik. Qurultayda ÜHİK-in rəhbər orqanlarına seçkilər keçirilib. Mixail Şmakov yenidən Ümumhəmkarlar İttifaqları Konfederasiyasının Prezidenti, Vladimir Şerbakov isə ÜHİK-in baş katibi seçiliblər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR