Atalığı tərəfindən zorlanıb hamilə qalan 12 YAŞLI QIZLA BAĞLI YENİ XƏBƏR

"Balakən rayonunda 12 yaşlı qızın atalığının təcavüzü nəticəsində hamilə qalması ilə bağlı xəbərlər yayılan gündən daim ailə ilə əlaqədəyik. Bu, bizim Komitə ilə yanaşı aiddıyyəti dövlət qurumlarının nəzarəti altındadır".

Bu sözləri açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin məsləhətçisi Aynur Veysəlova deyib. Onun sözlərinə görə, Komitənin Zaqatala üzrə Uşaq və ailələrə dəstək mərkəzi fakt aşkarlanan gündən ailəni nəzarətə götürüb: "Rayonunun icra hakimiyyətində zorakılıqla bağlı Monitorinq Qruplarımızın üzvləri, İcra Hakimiyyətinin Uşaq hüquqları ilə bağlı müvafiq Komissiyasının üzvləri, Səhiyyə Nazirliyi və hüquq-mühafizə orqanları tərəfindən qız nəzarətə götürülüb. Bütün müvafiq tədbirlər həyata keçirilir".

A.Veysılova bildirib ki, hazırda 12 yaşlı qız Bakıda müəyyən müalicə və müayinələrdən keçir: "Həm qız, həm də onun bətnindəki uşağın həyatı üçün risklər var. Buna görə də həkimlərin apardıqları müayinələrdən sonra qeysəriyyə yolu ilə uşaq götürüləcək".

A.Veysəlova bildirib ki, məsələdə diqqət çəkən digər məqam qızın anası ilə bağlıdır.

"Bu məsələdə zorakılıq edən ata ilə yanaşı, ananın da məsuliyyəti gündəmə gəlir. Çünki ananın zorakılıq hadisəsindən xəbərsiz olması mümkündür. Lakin necə ola bilər ki, 12 yaşlı cılız qızın bədəni fizioloji baxımdan dəyişir və ana bunu hiss etmir? Bu ananın biganə münasibətindən irəli gəlir. Cinayət törədən tərəf qədər ananın məsuliyyəti də mübahisə məsələsidir. Ana nə qədər işləsə də, azyaşlı qızında baş verən dəyişikliyi görüb, narahat olmalı idi".

Qızın özündən iki yaş böyük bacısının da atalığı tərəfindən zorakılığa məruz qalması ilə bağlı iddialara gəldikdə, A.Veysəlova ehtimal edilən bütün məsələlərlə bağlı araşdırma aparıldığını dedi: "Bütün ehtimallar araşdırılıb, ekspertizalar aparılıb. Buna uyğun da tədbirlər görüləcək və ictimaiyyət məlumatlandırılacaq. Törədilən cinayətə uyğun olaraq cəza veriləcək. Sosial şəbəkələrdə, saytlarda məlumatı olub-olmayanlar müəyyən mühakimələr yürüdür, informasiyalar yayırlar. Bunun hansı məqsədlə edildiyi bəlli deyil. Dövlətin aidıyyəti orqanları bu məsələ ilə məşğul olmasa, bu cür məlumatların yayılmasını anlamaq olar. Dövlət qurumları bu işi nəzarətə götürüblər, bütün lazımi tədbirlər görülür. Bu cür yanlış informasiyalar oxuculara mənfi təsir edir. Digər tərəfdən bu qızlara ilk gündən komitənin işçiləri tərəfindən psixoloji xidmət göstərilib. Müalicə olunduğu xəstəxanada hər gün psixoloq onu müayinə edir. İnsanlar Qeyri Hökümət təşkilatlarının məsələyə həssas yanaşması yaxşı haldır. Lakin burada uşaqların hüququ əsas məsələdir. O, yenidən öz kəndində yaşayacaq, orada məktəbə gedəcək. Həm sosial şəbəkə, həm də saytlarda bu cür məlumatlar dəqiqləşdirilmiş formada verilsin və maksimum həssas yanaşılsın. Hazırda qarşımızda duran əsas məsələ qıza psixoloji dəstək olub, onun yenidən normal həyatına qayıtması üçün kömək etməkdir".

Qeyd edək ki, avqust ayında Balakəndə 12 yaşlı qız anasının qeyri-rəsmi münasibətdə yaşadığı şəxs - Elçin Şindiyev tərəfindən zorakılığa məruz qalmışdı. Qız 22 həftəlik hamilə olarkən anası təsadüfi həkim müayinəsi nəticəsindən bundan xəbər tutmuşdu. Qızın özündən böyük bir bacısı var. Son günlər yayılan məlumatlarda bacısının da atalığı tərəfindən təcavüzə məruz qaldığı bildirilib.  Publika.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR