İcra Hakimiyyəti: İsmayıllıda meşədə başlanan yanğının qarşısı alınıb

İsmayıllı rayonunda meşədə başlanan yanğının qarşısı alınıb. Bu barədə İsmayıllı rayon İcra hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Rövşən Ağayev məlumat verib.

Komissiya sədri qeyd edib ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikaları cəlb edilib: "İndiyə olan məlumata görə, yanğın tez bir zamanda lokallaşdırılıb. Hazırda bəzi tüstüləmə nöqtələri qalıb ki, həmin ərazilər də nəzarətə götürülüb. Yanğının miqyasının genişlənməsi mümkün deyil".

R.Ağayev qeyd edib ki, hadisə rayonun Zərgəran və Tircan kəndlərinin ərazisindəki meşə zolağının kənarında baş verib: "Ağaclara ciddi ziyan dəyməyib. Ərazidə örüş sahəsində başlanan yanğın nəticəsində kol-kos yanıb. Hadisə yaşayış məntəqəsindən aralı olduğu üçün kəndlərə heç bir təhlükə olmayıb". Trend.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR