“Sanitariya-epidemioloji salamatlıq haqqında”qanun dəyişdirilir

Azərbaycanda "Sanitariya-epidemioloji salamatlıq haqqında" qanuna yeni dəyişikliklərin edilməsi təklif edilir. "Olaylar" xəbər verir ki,  məsələ Milli Məclisin Səhiyyə Komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib. İclasda qeyd edilib ki, qanuna təklif edilən əlavəyə görə, əhalinin sanitariya-epidemioloji salamatlılığının təmin edilməsi sahəsində elmi tədqiqatların qiymətləndirilməsini və əlaqələndirilməsini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilat həyata keçirəcək. Əhalinin sanitariya-epidemioloji salamatlılığının təmin edilməsi sahəsində elmi tədqiqatlar "Elm haqqında" qanun ilə müəyyən edilmiş qaydada həyata keçiriləcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR