Azərbaycanda bu turistlərin sayı çoxalacaq

Azərbaycana digər ölkələrə yanaşı İsraildən gələn turistlərin də sayının artacağı gözlənilir".   Bu barədə  Milli Turizm Təbliğatı Bürosunun mətbuat katibi Kənan Quluzadə deyib. Onun sözlərinə görə, "Israir" Hava Yolları şirkəti İsraildən Bakıya birbaşa uçuşlar təşkil edəcək:  "Biz "Israir"lə birgə oradan həm turagentləri, həm jurnalistləri, həm də bloqerləri dəvət edəcəyik ki, buradakı vəziyyətlə yaxından tanış olsunlar və bizi təbliğ etsinlər". 

Qeyd edək ki, Turizmin inkişafına dair Strateji Yol Xəritəsinə əsasən, 2020-ci ilədək Azərbaycana 4,5 milyon turistin cəlb edilməsi qarşıya məqsəd qoyulub. Bu il ölkəmizə gələn turistlərin sayı ötən illə müqayisədə 25 faiz artıb. Ölkəmizə gələn turistlərdən hər 5 nəfərindən birini ərəblər təşkil edib. Hazırda digər ölkələrdən də Azərbaycana turistlərin cəlb edilməsi üçün marketinq işi aparılır. Milli.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR