Bərzaninin referendumu İraqın parçalanmasına yol açacaq

"İraq Kürd muxtariyyətinin rəhbəri Məsud Bərzanin Kərkükdə referendum və savaş barədə bəyanatla çıxışı, İraqda İŞİD terrorizmindən sonra, İraq-Kürd müharibəsinə səbəb ola bilər". "OLAYLAR" -ın xəbərinə görə. belə bir açıqlama ilə politoloq Məhəmməd Əsədullazadə çıxış edib. O, bildirib ki, İraqın "Haşdi Şabi" hərbi qüvvələri İraq ordusunun dəstəyindən istifadə etmədən, muxtariyyətin peşmərgələrini yerində otuzdurmağa hazır vəziyyətdədir: "Mərkəzi hakimiyyətlə bölgəsəl Ərbil yönətiçinin müharibəsinda ciddi şəkildə Bərzanin dayaqları laxlayar. Əgər, İran və Türkiyə birmənalı şəkildə Bağdadın yanında olarsa, Bərzaninin məğlubiyyəti qaçılmaz olacaq. Qeyd edim ki, Türkiyə Mosul, Kərkük və Süleymaniyyənin təhlükəsizliyinə tarixi cavabdehdir. Türkiyə hakimiyyəti qətiyyət göstərib, Bərzaninin bu sayaq açıqlamalarına qarşı öz hərbi gücü ilə cavab verməli, Mosul və Kərkükü mərkəzi İraq hakimiyyətinin nəzarətinə verməyə dəstək olmalıdır". Politoloq deyib ki, Bərzanin referendum avantürsası Türkiyə və İran üçün təhlükəlidir və İraqın parçalanmasına yol açacaq6 " İraq Baş naziri Heydar İbadi sözünün üstündə durub, hərbi qüvvələri Kürdlərin üzərinə göndərərsə, Bərzani yerində oturacaq"

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR