“PwC” beynəlxalq konsaltinq şirkəti Vergilər Nazirliyinin əməkdaşları üçün təlim keçirib

"JW Marriott Absheron" otelində "PwC" beynəlxalq konsaltinq şirkətinin Niderland ofisinin idarəedici partnyoru və nümayəndələri tərəfindən Vergilər Nazirliyinin əməkdaşları üçün "Blokçeyn (Blockchain) texnologiyaları" barədə 2 günlük təlim keçirilib. "Olaylar" xəbər verir ki, təlim Vergilər Nazirliyi Kollegiyasının Qərarı ilə təsdiq olunmuş "Vergi sahəsində aparılan islahatların tətbiqi ilə bağlı Tədbirlər Planı"nın icrası çərçivəsində baş tutub. Vergilər Nazirliyinin Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi departamentinin baş direktoru Zaur Fətizadə tədbiri giriş sözü ilə açaraq təlimin mahiyyəti və gündəlikdə duran məsələlər barədə iştirakçılara məlumat verib. Qeyd olunub ki, Vergilər Nazirliyi dünya vergi sistemində müasir çağırışları və əsas trendləri yaxından izləyir və beynəlxalq təcrübənin öyrənilməsinə önəm verməklə yeniliklərin tətbiqinə çevik reaksiya verməyə çalışır. Sözügedən 2 günlük təlim də bu baxımdan xüsusilə əhəmiyyətlidir və təlim dövründə vergi inzibatçılığında qlobal meyllər və rəqəmsal transformasiyalar, vergi ödəyicilərilə münasibətlərin qurulmasında müasir texnologiyalardan istifadə edilməsi, blokçeyn və onun mövcud potensialı, Vergilər Nazilriyinin rəqəmsal transformasiya istiqamətində fəaliyyəti və s. kimi məsələlərin müzakirəsi nəzərdə tutulur. Sonra "PwC" beynəlxalq konsaltinq şirkətinin Niderland ofisinin idarəedici partnyorunun nümayəndəsi cənab Eelko van der Enden "Beynəlxalq vergitutmada əsas meyllər və rəqəmsal transformasiya" mövzusunda təqdimatla çıxış edib. O bildirib ki, "PwC" beynəlxalq konsaltinq şirkəti iqtisadiyyatın rəqəmsallaşdırılmasını və bu tendensiyanın vergi sistemi və inzibatçılığına dair ən müasir istiqamətlərini təmin edir. "PwC"-nin nümayəndəsi vergi sahəsində səmərəli idarəetmə sisteminin qurulması üçün müasir texnologiyalar barədə də ətraflı məlumat verib.

"Microsoft" şirkətinin nümayəndəsi Emin Axundovun "Vergi texnologiyalarının ekosistemi" adlı təqdimatı da maraqla qarşılanıb. Mütəxəssislər, yeni texnoloji həll yollarından istifadə etməklə, səmərəli vergi idarəetmə sisteminin yaradılmasına dair praktiki məsləhətlər verib, xüsusilə məlumatların real iş rejimində daha geniş auditoriyaya çatdırılması, eləcə də vergi ödəyiciləri və vergi orqanlarının həmin məlumatların düzgünlüyünə etibar edə biləcəyi sistemin yaradılmasında Blokçeyn texnologiyasının imkanları müzakirə edilib. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR