Sıxılmış vəziyyətdə qalmış sərnişinin cəsədi çıxarılıb

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı-Qazax yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində "Mercedes" markalı mikroavtobus ilə "Kamaz" markalı yük avtomobili ilə toqquşub. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, avtomobillərin toqquşması nəticəsində yol qəzası baş vermişdir. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasedicilər hadisə yerinə cəlb olunaraq "Mercedes" markalı mikroavtobusda sıxılmış vəziyyətdə qalmış sərnişinin cəsədini çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 04:00-da başa çatmışdır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR