Yanacaqdoldurma məntəqəsinə silahlı basqın edilib   

Sentyabrın 13-də Astara şəhərində yerləşən yanacaqdoldurma məntəqələrindən birinə gələn naməlum şəxs orada işləyən Artupa kənd sakini Çingiz İsmayılovu bıçaqla hədələyib pul verməsini tələb edib, səs-küy yarandığından istədiyinə nail ola bilməyərək hadisə yerini tərk edib. Daxili İşlər Nazirliyindən "Olaylar"a verilən məlumatına görə, Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ərçivan qəsəbə sakini Pərvaz Əliyev tutulub. Faktla əlaqədar cinayət işi başlanılıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR