Tanınmış fotoqrafın  Azərbaycanda çəkdiyi fotolardan ibarət albom hazırlanır

Tanınmış fotoqraf Lavrenti Breqadzenin nəvəsi, kimyaçı alim Vladimir Breqadze AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub. "Olaylar" bildirir ki, görüşdə muzeyin direktoru, akademik Rafael Hüseynov bildirib ki, L.Breqadze XX əsrdə Azərbaycan ilə bağlı bir çox hadisələri əbədiləşdirib və hazırda həmin fotolardan ibarət albom hazırlanır. Qonağın da babası kimi ölkəmizə bağlı olduğunu deyən akademik R.Hüseynov onun bir çox azərbaycanlı kimyaçı alimin yetişməsində müstəsna rolundan söz açıb.
V.Breqadze Bakı ilə mütəmadi maraqlandığını və babasının əsərlərinin saxlandığı məkanlara baş çəkdiyini diqqətə çatdırıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR