DJB sədri Özbəkistana səfər edib

Diaspor Jurnlaistlər Birliyinin (DJB) sədr Fuad Hüseynzadə Özbəkistana səfər edib. "OLAYLAR" -ın xəbərinə görə. səfərdə məqsəd DJB sədrinin müəllifi olduğu "Dünya Azərbaycanlılarının Palitrası" kitabının bu ölkədə təqdimatının keçirilmıəsidir. Səfər çərçivəsində Fuad Hüseynzadə Azərbaycanın Özbəkistandakı səfirliyində olub, səfir Hüseyn Quliyev, eləcə də Özbəkistanda yaşayan güləş üzrə SSRİ, Asiya və dünya çempionu Mais İbadov, Özbəkistandakı səfirliyimizin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, tanınmış idmaçı Mehdi Hüseynovla görüşüb. Həmçinin DJB sədri Özbəkistanda olarkən bu ölkənin tanınmış idmançı, şair və jurnalistləri ilə bir araya gəlib. Fuad Hüseynzadə müəllifi olduğu kitabı görüş iştirakçılarına təqdim edib

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR