Səfir Akif Əlizadə ilə görüşdü

AMEA Rəyasət Heyətində İtaliyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Auqusto Massari ilə görüş keçirilib. AMEA - dan "Olaylar" - a bildirlib ki, görüşdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, Rəyasət Heyəti aparatınınBeynəlxalq Əlaqələr İdarəsinin rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva və İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin rəhbəri Zülfüqar Fərzəliyev də iştirak ediblər.

Öncə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə qonağa rəhbərlik etdiyi elm ocağının tarixi haqqında məlumat verib. Bildirib ki, 72 ildir fəaliyyət göstərən bu qurum Azərbaycan elminin inkişafında əvəzsiz xidmətlər göstərib. Sonra alim AMEA-nın müvafiq institut və təşkilatları ilə İtaliyanın elmi qurumları arasında olan elmi əlaqələrdən söz açıb. Akif Əlizadə  İtaliyanın Azərbaycana təyin olunmuş yeni səfirinin iki ölkə arasında bundan sonra da elmi əlaqələrin inkişafına köməklik göstərəcəyinə əminliyini ifadə edib. 

Tədbirdə çıxış edən səfir Auqusto Massari iki ölkə arasında əməkdaşlığın inkişafında maraqlı olduqlarını qeyd edib, bu əlaqələrin təşkili məqsədilə İtaliyadan nümayəndə heyəti dəvət edəcəyini diqqətə çatdırıb. AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda aparılan araşdırmaları, həyata keçirilən layihələri yüksək qiymətləndirən A.Massari bu qurumla da kadr və təcrübə mübadiləsi aparılmasının məqsədəuyğun olduğunu vurğulayıb.  

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR