Evləri yanan məcburi köçkünlər barədə RƏSMİ AÇIQLAMA

Xətai rayonunda məcburi köçkünlərin yaşadığı binada baş verən yanğınla əlaqədar 4 ailə müvəqqəti olaraq kirayə evlərdə yerləşdiriləcək. Bu sözləri Zəngilan rayon İcra Hakimiyyəti başçının müavini, İctimai-siyasi humanitar məsələlər şöbəsinin müdiri Nizami Mönsümov deyib.

Hazırda yanğın baş verən binada olan N.Mönsümov bildirib ki, hadisə nəticəsində 4 ailənin evi tamamilə yararsız haldadır, 4 ailənin evinə isə müəyyən qədər ziyan dəyib: "Ümumilikdə, 8 ailənin evi qəzalı vəziyyətdədir, bu ailələr evlə təmin edilməlidir. Hələ ki, bu barədə yekun qərar verilməyib. Biz lazımi məlumatları "Qaçqınkom"a təqdim etmişik. Yaxın zamanda bu ailələrlə bağlı qərar veriləcək. Hazırda isə evi və əşyaları tamamilə yanan 4 ailənin müvəqqəti olaraq kirayə mənzillərlə təmin edilməsi üçün köməklik göstəririk. Həmin ailələrə bir aylıq kirayə pulu verilib. Qalan 4 ailə isə müvəqqəti olaraq bu evlərdə yaşaya bilər. Ona görə də, köçürülənə qədər həmin ailələr müvəqqəti məskunlaşa bilər". N.Mönsümov bildirib ki, yataqxanada ümumilikdə 27 ailə yaşayır, digər mənzillərdə yaşayış üçün vəziyyət normaldır. "Binadan yalnız 8 ailənin köçürülməsinə baxılacaq, digər sakinlərin orada yaşaması üçün problem yoxdur".

Qeyd edək ki, ötən gün Xətai rayonunda yataqxanada baş vermiş yanğın baş verib. Mənzilləri yanan, su ilə dolan sakinlər yaşayış yeri ilə təmin edilmədiklərinə görə bu gün etiraz aksiyası keçiriblər. Publika.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR