Bakı-Şamaxı-Yevlax magistral yolunun 1.9 km-lik hissəsi yenidən qurulub

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Müşviqabad qəsəbəsindən keçən 1.9 km-lik hissəsinin 2 hərəkət zolağından 6 hərəkət zolağı enində genişləndirilərək tikintisi işləri yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb. "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, layihə sözügedən yolun 23.3-25.1-ci km-lik (1.85 km) hissəsini əhatə edir və icrasına ötən ilin avqust ayında start verilmişdi.Aparılan yenidənqurma işləri zamanı yolun hərəkət hissəsinin eni 7.5 m-dən 22.5 metrə qədər genişləndirilib. 1 metr enində ayrıcı zolaq və 1.5 metr enində piyada səkiləri də daxil olmaqla yol yatağının ümumi eni 29.5 metr təşkil edir. Ən əsası vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədi ilə 2 yerdə, yolun 23.5-ci və 24.4-cü km-lik hissəsində metal konstruksiyalı yeni yerüstü piyada keçidləri inşa edilib. Layihə çərçivəsində piyada keçidlərinin inşasına paralel olaraq sözügedən hissə boyu abadlıq işləri aparılıb, 5 avtobus dayanacağı, həmçinin zəruri olan yerrlərdə 130 yol nişanı və məlumatverici lövhə quraşdırılıb. Yolun sutkanın qaranlıq saatlarında işıqlandırılması üçün 9 və 12 metrhündürlükdə 83 işıq dirəyi quraşdırılıb.

Sözügedən avtomobil yolu 4 hissə üzrə yenidən qurulur. Artıq yolun 23.3-25.1 və 54.6-77.5-ci km-lik hissəsində yenidənqurma işləri tam olaraq yekunlaşdırılıb. Yolun 77.5-101-ci km-lik hissəsində son tamamlanma işləri aparılır, 25.1-54.6-cı km-lik hissədə isə işlər davam etdirilir və yaxın aylatr ərzində bu hissədə də işlər yekunlaşdırılacaq.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR