700 bal toplayan abituriyentlər Bilik Fondunda

Bilik Fondunda 2017-2018-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarında 700 bal toplayan abituriyentlərlə görüş keçirilib. "Olaylar" bildirir ki, görüşdə Fondun əməkdaşları və Könüllülər Birliyinin üzvləri, tələbə adını qazanmış abituriyentlərin valideynləri iştirak ediblər. Bilik Fondunun icraçı direktoru Oktay Səmədov tələbələri yeni dərs ilinin başlanması münasibəti ilə, həmçinin göstərdikləri yüksək nəticəyə görə təbrik edib. Ümummilli lider Heydər Əliyevin "Təhsil millətin gələcəyidir" fikrini sitat gətirən O.Səmədov gəncləri bundan sonra daha da səylə çalışmağa, Azərbaycanın gələcəyi üçün savadlı və gərəkli kadrlar kimi yetişməyə, ölkənin insan kapitalını zənginləşdirməyə çağırıb.

Müstəqil həyata qədəm qoyan tələbələr tanınmış kulturoloq, professor Fuad Məmmədovun elm, təhsil sahəsində uğur qazanmaq, həyatda layiqli yerlərini tutmaq, gərəkli vətəndaş olmaq üçün verdiyi dəyərli tövsiyələri dinləyib, onları maraqlandıran suallara cavab alıblar.

Sonda 700 bal toplayan abituriyentlərə Bilik Fondunun hədiyyələri təqdim olunub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR