Elmira Süleymanova Bakı İstintaq Təcridxanasına baş çəkib

Ombudsman Elmira Süleymanova Milli Preventiv Mexanizm qismində fəaliyyəti çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına başçəkmə həyata keçirib. Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, müraciətlərin, saxlanılma şəraitinin və rəftar məsələlərinin araşdırılması ilə bağlı Ombudsman tərəfindən həmin müəssisədə bir çox təqsirləndirilən şəxslər fərdi qəbul olunub, ərizə və müraciətlərinə baxılıb, o cümlədən Gözəl Bayramlı, Əfqan Muxtarlı, Əziz Orucov da konfidensial qaydada dinlənilib, hüquqlarının təmin olunması vəziyyəti, müraciətləri və qaldırdıqları məsələlər yerində araşdırılmış, bir sıra müraciətlər yerində təmin edilib, ərizələrdə yer alan məsələlərin həlli istiqamətində Müvəkkil səlahiyyətləri çərçivəsində yardımçı olacağını bildirib. Bununla yanaşı, bəzi qəbul edilmiş şəxslər barələrində aparılan istintaqdan narazılıqlarını bildirib, müraciətlərində yer alan istintaq, cinayətlərin dekriminallaşdırılması və digər cinayət və mülki hüquq münasibətləri üzrə məsələlər üzrə hüquqi məsləhətlər verilib, Ombudsmanın səlahiyyətləri izah edilib. Söhbət aparılan şəxslər bu müəssisədə saxlanma şəraitindən, əməkdaşların onlarla rəftarından və göstərilən tibbi xidmətdən şikayət etməyiblər. Saxlanılan şəxslər onların hüquqlarını diqqətdə saxladığına və vəziyyətləri ilə maraqlandığına görə Müvəkkilə minnətdarlıqlarını bildiriblər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR