Millət vəkilindən “26” restoranı ilə bağlı açıqlama

Bu restoran Bakının başqa bir yerində fəaliyyət göstərə bilməzdi?

"Köhnə "26-lar", indiki "Sahil" bağının ərazisində yerləşən "26" restoranın məsələsi hüquq-mühafizə orqanları tərəfindən dərindən araşdırılmalıdır. Hüquq-mühafizə orqanları tərəfindən tam araşdırma başa çatdırılmadan ayrı-ayrı insanları ləkələməyə də yol vermək olmaz". Bunu deyən millət vəkili, Tarix İnstitunun direktoru Yaqub Mahmudov sözlərinə görə, bir həqiqət var ki, o inkar edilə bilməz: "Bu həqiqət ondan ibarətdir ki, bu addımla bizim xalqımızın milli əxlaq sisteminə ağır zərbə vurlub. Deyirlər ki, bu, beynəlxalq restoran şəbəkəsidir. O halda belə bir sual yaranır, sözügedən restoran şəbəkəsi Azərbaycana necə yol açıb, bu restoran Bakının başqa bir yerində fəaliyyət göstərə bilməzdi? Hökmən gərək "Sahil" bağı ətrafında fəaliyyət göstərəydi?  Bizim mövqeyimiz ondan ibarətdir ki, belə məsələlrdə güzəşt olmamalıdır. Belə məsələlərdə güzəşt olanda biz şəhidlərimizin ruhunu təhqir etmiş oluruq. Yaxud, şəhidlərimizin ruhunu təhqir edənləri müdafiə etmiş oluruq. Bu məsələnin əxlaqi-mənəvi tərəfi aydındır". Millət vəkili qeyd edib ki,  26-lar məsələsəni yenidən qaldıranlar kimlərdirsə, onlar açıq-aydın anti-Azərbaycan mövqeyindən çıxış edirlər: "Təəssüf ki, bizim içimizdən də onlara pas verənlər tapılır. Bu yol doğru deyil. Yaddan çıxarmaq olmaz ki, 26-lar Azərbaycan xalqına böyük ziyan vurublar, Azərbaycanın əksər bölgələrində dəhşətli soyqırımı törədiblər". 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR