Dəniz Akademiyasında “Açıq qapı günü” keçirilib

Sentyabrın 12-də Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) "Açıq qapı günü" - yenicə tələbə adını qazanan gənclər və onların valideynləri ilə görüş keçirilib. "OLAYLAR"-ın Xəzər Dəniz Gəmiçiliyinə istinadən verdiyi xəbərə görə, görüşdə gəmiçiliyin rəhbər işçiləri, Akademiyanın müəllim heyəti iştirak ediblər.

Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Çingiz Əliyev builki tələbə qəbulunun yekunları, akademiyada tədrisin təşkili, tələbələr üçün yaradılan şərait barədə məlumat verib. Bildirib ki, 2017-2018-ci tədris ilində Dəniz Akademiyasına qəbul olan tələbələr sırasında yüksək bal toplayanların sayı daha da artıb. Həmin tələbələrdən 3-ü 600, 7-si isə 500 baldan yüksək nəticə əldə edib. 6 tələbə isə Akademiyanı fərqlənmə diplomu ilə başa vurub. Təhsil müəssisəsinin 23 tələbəsinə işlə təmin olunmaları barədə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (AXDG) zəmanət məktubu verilib. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədr müavini Cəbrayıl Mahmudlu bildirib ki, hər il Dəniz Akademiyasında yeni imkanlar yaradılır və AXDG-nin rəhbərliyi bu işdə təhsil ocağına daim dəstək olur. Gəmiçiliyin nəzarəti ilə burada mütəxəssislərin hazırlanması, kadr potensialının artırılması məsələlərinə xüsusi diqqət yetirilir. Sonda gənclərin və valideynlərin sualları səsləndirilib, arzu və istəkləri dinlənilib. 6 məzuna fərqlənmə diplomu verilib, ADDA-ya yüksək balla daxil olan 10 gəncə tələbə bileti və hədiyyələr təqdim olunub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR