Azərbaycan dövləti azad medianın inkişafında maraqlıdır

Elman Cəfərli: "Dövlət mətbuat nümayəndələrinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində önəmli addım atıb"

Bu gün müstəqil Azərbaycanda söz və ifadə azadlığı yüksək səviyyərə təmin olunur. Etiraf edilməlidir ki, Azərbaycanda demokratiyanın təməl prinsiplərindən olan söz və mətbuat, informasiya əldə etmək, sərbəst toplaşmaq kimi azadlıqların təmin olunması sahəsində atılan addımlar bir sıra ölkələr üçün örnək hesab oluna bilər. Sadalanan istiqamətdə görülən işlər təkcə qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bitmir, həm də məli gəaliyyətdə özünü göstərir. Bu günlərdə dövlət başçısının 255 jurnalistə mənzil hədiyyə etməsi sadaladığımız prinsiplərin reallaşdırılması istiqamətində atılan ən böyük addımlardandır. Təbii ki, jurnalistlərin sosial qayğılaranan aradan qaldırılması, onların social təminatının yüksəldilməsi eyni zamanda mətbuata verilən bir dəyərdir. Bu isə o deməkdir ki, Azərbaycan dövləti və şəxsən president İlham  Əliyev ölkədə müstəqi mətbuatın formalaşmasının tərəfdarıdır. Azərbaycanda söz azadlığının təmin olunması, plüralizmin inkişafı istiqamətində dövlət öz üzərinə düşən vəzifəni yerinə yetirir. Bu sahədə qanun qəbul olunub, müasir dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilib. Prezident İlham Əliyev mediaya xüsusi diqqətlə yanaşır. Bunun nəticəsidir ki,  Azərbaycan mətbuatının inkişafına dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb, Fond ötən dövr ərzində mediaya dəstək verilməsi sahəsində mühüm işlər görüb. Hüquqşünas Natiq Rəhimli bildirib ki, milli mətbuatımızın inkişafında Ulu Öndər Heydər Əliyevin xüsusi tarixi töhfələri var. Bu baxımdan, əbəs yerə deyil ki, sözügedən amil Ulu Öndər Heydər Əliyev tərəfindən yüksək qiymətləndirib. Ümummilli Liderimiz milli mətbuatımızın iş  prinsipini və tarixini şərh edərkən bu tarixi kəlamlarını vurğulayıb: "Şərəfli tarixə və zəngin ənənələrə malik milli mətbuatımız Azərbaycan ictimai fikrinin inkişafında, xalqımızın milli-mənəvi təkamülündə mühüm rol oynamışdır. Milli azadlıq hərəkatının daim ön sıralarında getmiş Azərbaycan jurnalistikası cəmiyyət qarşısında duran vəzifələrin müəyyənləşdirilməsi və həlli işinə əhəmiyyətli töhfələr vermişdir".

Mətbuatın hazırki durumu, mediaya dövlət dəstəyi və sair məsələrlə bağlı suallarımızı "Cümhuriyət" qəzetinin redaktoru Elman Cəfərli cavablandırır.

-Elman bəy, Azərbaycanda mətbuatın durumunu necə qiymətləndirirsiniz?

- Bu gün ölkədə azad media mühiti var. Mediamızın  maddi-texniki problemləri həll edilib. Hiss edilir ki,  Azərbaycan dövləti azad medianın inkişafında, KİV-lərin maddi texniki bazasının möhkəmlənməsində maraqlıdır. Hələ 90-cı illərin ortalarında mətbuatın inkişafına yönəlik önəmli addımlar atılmışdı. Belə prezident sərəncamı ilə mətbuata dövlət senzurası aradan qaldırılmış, hətta tənqidçi medianı təmsil edən qəzetlərin nəşriyyata olan borcu silinmişdi. 2009-cu ildə mətbuata dövlət dəstəyi konsepsiyasının qəbul edilməsi  və Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması Azərbaycan mətbuatının inkişafında növbəti mərhələnin əsasını qoydu. Bu gün  KİVDF ölkənin aparıcı qəzetlərinə ayrı-ayrı sahələr və mövzularla bağlı layihələrini dəstəkləyir. Dövlət mətbuat nümayəndələrinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində önəmli addım atıb. Ölkədə internet mühiti azaddır. Bu gün əsas informasiya mənbələrindən biri də sosial şəbəkələrdir. Sosial şəbəkələrdə kifayət qədər tənqidi xəbərlər, yazılar, şərhlər paylaşılır. Ancaq dövlət buna dözümlü yanaşır. Xatırladım ki, başqa ölkələrdə, hətta demokratiya və media azadlığı təcrübəsi bizdən artıq olan Türkiyədə bir sıra sosial şəbəkələrə giriş məhdudlaşdılıb. Twitter.com-a, Youtube.com-a seçki öncəsi giriş məhdudlaşdırılmış, vikipediya.com-a bu günə qədər giriş mümkün deyil. Bu gün Azərbaycanda yayğın olan facebook.com sosial şəbəkəsində kifayət qədər tənqidçi jurnalist, bloqqer, karikaturaçı rəssam fəalliyyət göstərir. Azərbaycan hətta seçki dönəmində belə sosial şəbəkələrə giriş məhdudlaşdırılmadı. Azərbaycan MDB-də internetin azad olduğu ölkələr arasında ökələrdən biridir. Son illər jurnalistlərin peşəkarlığı xeyli artıb, redaksiya ilə jurnalist arasında əmək münasibətləri yaxşılaşıb, media nümayəndələrinin əmək və istirahət hüquqları ilə bağlı məsələdə irəliləyişə nail olunub. Ümid edirəm ki, qarşıdakı illərdə Azərbaycan mətbuatında peşakarlıq səviyyəsi artacaq, mediamız qabaqcıl dünya -ölkələrinin mətbuatı ilə rəqababətə girə biləcək.

- Ölkədə söz, fikir və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi istiqamətində atılan addımlar medianın müstəqilləşməsinə nə dərəcədə müsbət təsir göstərib?

- Qeyd etdiyim kimi son 15 ildə ölkədə söz, fikir və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılıb. Bu addımların heç biri media azadlığını məhdudlaşdırmaq, jurnalistlərin peşə fəalaliyyətinə mane olmaq məqsədi güdməyib. Bəzən 1990-cı, 2000-ci illərin mediası ilə indidnin mətbuatını müqayisə edir və belə bir nəticəyə gəlirlər ki, o zaman media daha azad idi. Tənqidçi medianın təmsilçiləri daha çox idi. Məsələ burasındadır ki, 90-larda Azərbaycanda azad media təzə-təzə yaranırdı. Sovet imperiyasına qarşı xalq hərəkatında rol oynamış "samizdat" mətbuatında çıxmış adamlar qəzet, informasiya agentliklərinə rəhbərlik edirdilər. İş tapa bilməyən ayrı-ayrı peşə sahibləri  qəzetlərdə müxbir, korrektor, redaktor vəzifələrində işləyirdi. Ancaq indinin mediası peşəkarlıq baxımından fərqlidir. İndinin mediası daha peşəkardır. Hesab edirəm ki. Bu tendensiya davam edəcək və mediamızın peşəkarlığı daha da artacaq. Yəqin ki, 10 ildən sonra Azərbaycan mediasına daha bacarıqlı menecerlər rəhbərlik edəcək. Reportyorlar bir neçə xarici dil biləcək. Redaksiyaların maddi imkanları o qədər yaxşı olacaq ki, jurnalistləri xarici ölkələrər yaradıcılıq ezamiyyətələrinə göndərə biləcəklər.

- Bu gün mətbuat nə dərəcədə fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsinə öz töhfəsini verir?

- Bu gün Azərbaycan mətbuatında inqilabi dəyişikliklərin şahidiyik. Gözümüzün önündə çap mediası öz yerini onlayn  mediaya verir. Maraqlıdır ki, onlayn mediası çeviklik, operativlik baxımından hətta televiziyaları belə qabaqlayır. Bu gün ən çevik xəbəri saytlar, xəbər portalları yayımlayır. Ancaq indi sosial media da-bəzən buna xalq jurnalistikası da deyirlər-var. Bəzən ayrı-ayrı həvəskar bloqqer baş vermiş hadisəni daha çevik çatdırır. Sosial şəbəkələr əsas informasiya qaynağına çevrilib. Onlayn media artıq faktora çevrilib. Ancaq bu işin qüsurlu tərəfləri də var. Bəzən operativlik naminə xəbərlər necə gəldi, redaktəsiz şəkildə oxucuya təqdim olunur. İndi Azərbaycanda sayt bumu var. Çirkli mətnləri sosila şəbəkə yaya bilər. Sosial şəbəkə istifadəçisinin peşəkar xəbər hazırlamaq kimi bir borcu yoxdur. Ancaq peşəkar media, jurnalistlər bunu etməyə borcludur. Bu baxımdan hesab edirəm ki, internet mediası sahəsində xaotiklik, pərakəndəlik aradan qaldırılmalıdır.  Bunun üçün qanunverilcik bazası təkmilləşdilməli, onlayn medianın hüquq və vəzifələri dəqiqləşdirilməlidi. İstənilən halda peşəkar media fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsində öndə olmalıdır. Azərbaycan mediası fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsinə öz təhfəsini verir və verəcək.

- Dövlətim mediaya göstərdiyi diqqət və qayğı  fikir və söz azadlığının daha da inkişaf etdirməsinə nə dərəcədə dəstək olur?

- Azərbaycanda qəbul olunmuş mətbuata dövlət dəstəyi konsepsiyası MDB-də ilkdir. Bu bir Azərbaycan təcrübəsidir. Və ötən müddət göstərdi ki, mətbuata dövlət dəstəyi yalnız redaksiyaların maddi texniki bazasının möhkəmlənməsinə, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına və peşəkarlığının artırlmasına vəsilə oldu. Bu baxımdan mətbuata dövlət dəstəyi ilə bağlı Azərbaycan təcrübəsini uğurlu saymaq olar. Ancaq görüləsi işlər də çoxdur. Məsələn, bu gün Azərbaycan mediasında araşdrıma jurnalsitikası yoxa çıxmaq üzrədir. Hesab edirəm ki, dövlət dəstəyini bu sahənin dirçəldilməsinə yönəlmək yaxşı olardı. Bundan başqa dövlət jurnalistlərin peşə hazrılığının yüksəldilməsinə qayğı göstərməli, media təmsilçilərinin xarici ölkələrin nüfuzlu redaksiyalarında təcrübə kursları keçməsinə yardımçı olmalıdır.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR