Nazirin qardaşından üzr istənildi-Kütləvi İnformasiya Vasitələrinə müraciət

Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə təqsirləndirilən Nəbiyev Samir Qənbər oğlu Kütləvi İnformasiya Vasitələrinə müraciət edib. "Olaylar"a daxil olan müraciətdə bildirilir ki, onu adı mətbuatda özünün xəbəri və istəyi olmadan hallandırılıb: "Mənə qarşı açılmış cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxıldığı son aylarda adımdan dövlətimizin rəhbər şəxslərinə müraciətlər yayılıb. Etiraf edirəm ki, səhlənkarlığım ucbatından düşdüyüm vəziyyətdən istifadə edərək vəkilim Ceyhun Yusifov tərəfindən mənim adımdan yayılan məlumatları əvvəllər ciddiyə almamışam. Ancaq indi fikirləşirəm ki, hər şey mərdi-mərdanə olmalıdır. Əvvəllər yaxşı münasibətdə olduğum, bir ağsaqqal kimi hörmətini saxladığım Əlikram müəllimlə aramızda yaranmış məlum vəziyyətdə özümü günahkar bilirəm.

Mən Bakı şəhərində işlədiyim mağazanın fəaliyyətini genişləndirmək üçün Əlikram müəllimdən pul aldığımı heç vaxt inkar etməmişəm, bu gün də inkar etmirəm. Lakin Əlikram müəllimə verdiyim vədləri yerinə yetirməyə, pulunu qaytarmağa maddi imkanım olmayıb.   İstintaq zamanı məcbur qalıb vəkilin yardımına müraciət etdim. Lakin Ceyhun Yusifovun mənim adımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya ünvanladığı müraciətlərdən məlumatım olmayıb. Məhkəmənin gedişi vaxtı müxtəlif saytlarda adımdan yayılan məlumatlar mənim istəyimlə olmamışdır, onların hamısını vəkil Ceyhun Yusifov öz reklamını qaldırmaq üçün etmişdir. Ə.Camalovdan pulu alıb qaytarmadığım halda sonradan onun haqqında bu cür müraciətlər yaymaq mənim xarakterimə, şəxsiyyətimə uyğun deyil. Bu cür məlumatların yayılmasına təəssüf edirəm. Həm də ona təəssüf edirəm ki, vaxtında səhvimi boynuma alaraq Əlikram müəllimə aldığım pulları qaytara bilmədiyimi, utandığımdan onunla görüşlərdən yayındığımı, mağazanı bağladığımı ona izah etməmişəm. Məhkəmənin ilk iclasında Ə.Camalov mənə qarşı güzəştə gedəcəyini bildirmişdi. Sonradan vəkilim C.Yusifov onunla danışdı və saytlarda Ə.Camalov haqqında yanlış, həqiqətə uyğun olmayan müraciətlər yaydıqdan sonra Əlikram müəllimə müraciət etməyə üzüm gəlmədi. Məni bu cür çıxılmaz vəziyyətə saldığına görə, C.Yusifovdan vəkil kimi imtina etmişəm və bildiriəm ki, bu gündən mənim işim barədə onun danışmağa ixtiyarı yoxdur. Mən düşdüyüm bu vəziyyətdən, Allahın köməkliyi ilə özümün çıxacağıma ümid edirəm. Bütün KİV-lərdən də xahiş edirəm ki, mənim bu müraciətimi nəzərə alaraq bur daha C.Yusifovun mənim işim barəsində danışıqlarını yaymasınlar. Ümid edirəm ki, Ə.Camalov respublikada tanınan bir sahibkar, ağsaqqal kimi mənim vəziyyətimi nəzərə alacaq. Bu vaxta qədər baş verənlərə, mənim istəyimə zidd olaraq vəkil C.Yusifov tərəfindən Əlikram müəllim barəsində əsassız məlumatların yayılmasına görə üzrxahlığımı qəbul etməsini xahiş edirəm". 

.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR