Samir Nəbiyev vəkilindən imtina etdi

Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə (dələduzluq) təqsirləndirilən Nəbiyev Samir Qənbər oğlu vəkilindən imtina edib. "Olaylar"a daxil olan məlumata görə, bununla əlaqədar olaraq S.Nəbiyev Bakı Ağır Cinayətlər Məhkəməsinin  hakimi Şəkər Məmmədovaya ərizə ilə müraciət edib. Ərizədə bildirilir ki, vəkil Ceyhun Yusifovun onun adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya ünvanladığı müraciətlərdən məlumatı olmayıb: "Əlikram Camalovdan pulu alıb qaytarmadığım halda, sonradan onun haqqında bu cür müraciətlər yaymaq mənim xarakterimə, şəxsiyyətimə uyğun deyil. Bu cür məlumatların yayılmasına təəssüf edirəm. Məhkəmənin  ilk iclasında Ə.Camalov mənə qarşı güzəştə gedəcəyini bildirmişdi. Sonradan vəkilim C.Yusifov onunla danışdı və saytlarda Ə.Camalov haqqında yanlış, həqiqətə uyğun olmayan müraciətlər yaydıqdan sonra Əlikram müəllimə müraciət etməyə üzüm gəlmədi. Mənin adımdan mətbuatda məlumatım olmadan müxtəlif dövlət orqanlarına guya müraciət etməyim barədə yanlış məlumatlar yaydığına, barəmdə zərərçəkən Əlikram Camalovun pul alıb qaytarmayan, onu aldadan şəxs kimi yanlış obraz yaratdığına, bununla məni məhkəmə qarşısında da çıxılmaz vəziyyətdə qoyduğuna görə vəkil Ceyhun Yusifovdan imtina edirəm".      

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR