"Eşşəyi gətirdim bir qız tərsinə mindi, 1 ay sonra ərə getdi" - VİDEO

Qubada bəxt açan uzunqulaq var...

ARB TV xəbər verir ki, Nügədi kənd sakini İbrahim Seyidov Donqoşla şəkil çəkdirənlərdən pul qazanmaq məqsədilə onu bəzəyib. Lakin ona gələn hədiyyələrdən sonra uzunqulaq kənddə bəxtaçan kimi tanınmağa başlayıb.

İbrahim Seyidov (uzunqulağın sahibi): "İlk gün eşşəyi gətirdim bir qız tərsinə mindi. 1 ay sonra qız evləndi. Mənə maşınla xonça gətirdilər. Buna minən qızların bəxti açılır. Şəkil çəkdirmək üçün 1 manat alıram. Bəxt açdırmaq üçün 100 manat alıram. Hər gün 20-60 manat arası qazanıram".

Uzunqulağın sahibi deyir ki, bəxtin açılması üçün əməl olunmalı qaydalar var. Bunun üçün gənc qızlar Donquşun üzərinə tərsinə oturmalıdır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR