Təhsil müəssisinə sükan arxasında gələn tələbələr qovulacaq! – Rəsmi

Orta məktəb və ya universitetə şəxsi nəqliyyat vasitəsi ilə gələn şagird və ya tələbələr sonradan bərpa olunmaq hüuqundan da məhrum ediləcəklər...Yeni tədris ilindən orta və ya ali təhsil ocaqlarına sükan arxasında gələn şagird və ya tələbələr həmin müəssisədə oxumaq hüququndan məhrum ediləcək. Moderator.az-ın rus versiyası "Aziya Plyus" nəşrinə istinadla yazır ki, söhbət Tacikistan Respublikasından gedir.  Ölkə prezidenti İmamali Raxmonun parlamentin müzakirəsinə təqdim etdiyi "Təhsil Haqqında qanuna əlavə və dəyişikliklər barədə" qanun layihəsində tələbə və şagirdlərin təhsil, təlim və davranışlarına aid bir sıra məqamlar vardır. Dəyişikliklərə əsasən təhsil müəssisəsinə mexaniki  nəqliyyat vasitələrini idarə edərək  gələn şagird və ya tələbə həmin müəssisədən sonradan bərpa  hüququndan da məhrum edilməklə xaric olunacaq.   

Xəbərdə bildirilir ki, İmamali Raxman "Ənənə, şadlıq və mərasimlərin tənzimlənməsi haqda" Tacikistan Respublikası qanununa dəyişiklik və əlavələrin edilməsi barədə" qanun layihəsini də parlamentə təqdim edib. 

Sultan Laçın

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR