Hərbi hissədə dini maarifləndirmə tədbiri keçirilib

Daxili Qoşunların Bərdə rayonunda yerləşən "N" saylı hərbi hissəsində "Radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları" mövzusunda tədbir  keçirilib. "OLAYLAR"-ın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan hərbi hissə komandirinin Tərbiyəvi işlər üzrə müavini polkovnik-leytenant Əli Qasımov ölkəmizdə ictimai-siyasi sabitliyin və dünyaya örnək ola biləcək tolerantlıq mühitinin olduğunu vurğulayıb, tolerant ənənələrin milli mənsubiyyətindən, dinindən asılı olmayaraq hər bir azərbaycanlının həyat tərzinə çevrildiyini qeyd edib. Əli Qasımov, eyni zamanda, "Fitnə" sənədli filminin demək olar ki, bütün hərbi hissələrdə nümayiş etdirilməsinin təqdirəlayiq hal olduğunu bildirib və bu cür maarifləndirmə tədbirlərinin mütəmadi şəkildə həyata keçirilməsinin əhəmiyyətindən bəhs edib.

Daha sonra çıxış edən DQİDK sədrinin müavini Səyavuş Heydərov dövlət-din münasibətlərinin milli təhlükəsizlik və milli maraqlar baxımından düzgün istiqamətləndirilməsi məqsədilə mövcud qanunvericilik bazasının təkmilləşdirilməsindən, hüquqi aktlara edilmiş zəruri əlavə və dəyişikliklərdən danışıb, o cümlədən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi genişmiqyaslı maarifləndirmə, qabaqlayıcı və profilaktik xarakterli tədbirlər barədə ətraflı məlumat verib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR