Telekanallarda ədəbi dilin qaydaları ilə bağlı monitorinqin nəticələri açıqlanacaq

Bu ilin iyun-iyul aylarında aparılmış teleradio yayımçılarının proqramlarının (verilişlərinin) monitorinqlərinin nəticələri gələn həftə açıqlanacaq. Milli Televiziya və Radio Şurasından (MTRŞ) verilən məlumata görə, bununla bağlı avqustun 15-i saat 15.00-da Şuranın inzibati binasında konfrans keçiriləcək. Konfransda monitorinqlərin nəticələri ictimaiyyətə açıqlanacaq.   Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan dilçiliyi kafedrasının mütəxəssisləri, dilçi alimləri, teleradio yayımçılarının nümayəndələrinin konfransda iştirakı nəzərdə tutulur.  

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi, "Elektron Mediaya Yardım Fondu"nun "Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması" layihəsi əsasında MTRŞ və BDU-nun Azərbaycan dilçiliyi kafedrasının mütəxəssisləri tərəfindən iyun - iyul aylarında teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində monitorinqlər aparılıb.   Kütləvi informasiya vasitələri konfransda iştirak etmək hüququna malikdirlər.  

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR