Azərbaycan mədəniyyəti Latviyada təbliğ olunacaq - Səfir Bilik Fondunda

Latviya Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Juris Maklakovs  Bilik Fondunun qonağı olub. Fonddan "Olaylar" - a bildirilib ki, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov səfirə rəhbərlik etdiyi qurumun məqsəd və vəzifələri, strukturu, iş prinsipi və maarifçilik istiqamətində həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verib.

Latviya və Azərbaycan arasında qarşılıqlı münasibətlərin uğurla inkişaf etdiyini xatırladan O.Səmədov ötən ay Prezidenti İlham Əliyev və Latviya Respublikasının Prezidenti Raymonds Veyonisin hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşünün keçirildiyini xatırladıb. Bildirilib ki, "Dünya elmi Azərbaycanda" və "Azərbaycan elmi dünyada" layihələri çərçivəsində Fondun təşkilatçılığı və dəstəyi ilə xarici ölkələrin alim və mütəxəssislərinin Azərbaycanın elm və təhsil ocaqlarında, eləcə də azərbaycanlı mütəxəssislərin xarici universitetlərdə mühazirələri maraqla qarşılanır. O.Səmədov səfiri Fondun "Səfir saatı" Klubunda gənc diplomatlarla görüşə dəvət edib.

Səmimi qarşılanmaya görə təşəkkürünü bildirən səfir Juris Maklakovs gələn il müstəqilliyinin 100 illiyini qeyd edəcək Latviya və Azərbaycan Respublikalarının tarixinin oxşar məqamlarını xatırladıb və Fondun maarifçilik yönündə fəaliyyətini təqdir etdiyini bildirib. Juris Maklakovsun sözlərinə görə, Azərbaycan elmi, tarixi və mədəniyyətinin Latviyada təbliği, Latviyanın Azərbaycanda hərtərəfli tanıdılması ölkələr arasında mövcud əməkdaşlığın xalqlar arasında da isti münasibətlərə çevriləcəyinə təkan verəcək. Fondun "Səfir saatı" Klubunun dəvətini məmnuniyyətlə qəbul etdiyini bildirən səfir bir çox sahələrdə geniş əməkdaşlıq imkanarının olduğunu da vurğulayıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR