Ərlə arvad evlərində yandı

Saatlı rayonunun Dədəqorqud kəndində evlərdən birində yanğın hadisəsi baş verib. "Olaylar" Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, avqustun 10-da saat 11 radələrində də baş verən yanğın kənd sakini Məhəbbət Məmmədovun evində baş verib. Nəticədə evin 20 kvm. sahəsində mətbəxin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanıq xəsarətləri alan ev sahibi və arvadı xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR