Batmaq təhlükəsi ilə üzləşən 5 gənc xilas edilib

Mingəçevir şəhərindəki su anbarında batmaq təhlükəsi ilə üzləşən şəxslər xilas edilib. Məlumata görə, Mingəçevir şəhər sakinləri, 2000-ci il təvəllüdlü gənclər - Heydərov Elgün İlqar oğlu, Əliyev Elgün Veysəl oğlu, Məmmədli Rüstəm Nazim oğlu, Rüstəmov Rəhman Azər oğlu və 1999-cu il təvəllüdlü Əliyev Niyazi Asim oğlu Mingəçevir su anbarının sahilindəki çimərlikdən kirayə götürdükləri qayıqla gəzintiyə çıxıblar. Gənclər sahildən 5 kilometr aralı məsafəyədək hərəkət ediblər və sonra geri qayıda bilməyiblər. Onlar spirtli içki qəbul etdikləri üçün qayığı idarə edə bilməyiblər və qayıq çevrildiyi üçün gənclər suda batmaq təhlükəsi ilə üzləşiblər. Dərhal əraziyə FHN-nin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Mingəçevir şəhərindəki Aran dalğıc-axtarış qrupunun xilasediciləri cəlb olunub. Gənclər xilas edilərək sahilə çıxarılıb və aidiyyati üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR