Azad vətəndaş cəmiyyəti siyasi plüralizm elementidir

Ölkədə siyasi plüralizmin mövcudluğunu təsdiq edən amillərdən biri də azad, dövlətdən asılı olmayan ictimai təşkilatların olmasıdır. Vətəndaş cəmiyyəti quruculuğunda qeyri-hökumət təşkilatlarının inkişafı xüsusi rol oynayır. Müstəqil Azərbaycanın inkişaf tarixi siyasi plüralizmin getdikcə daha geniş təşəkkül tapması, yeni-yeni vətəndaş cəmiyyətlərinin meydana gəlməsi və ölkəmizin ictimai-siyasi həyatında daha fəal rol oynamağa səy göstərməsi ilə səciyyələnir. Bu isə, təbii ki, Azərbaycan dövlətinin bütün qeyri-hökumət təşkilatların fəaliyyəti üçün zəruri şərait yaratması nəticəsində mümkün olub. Azərbaycan müstəqillik əldə etdikdən sonrakı qısa müddət ərzində yeni-yeni QHT-lər yaradılıb. Vətəndaş cəmiyyətləri ölkənin ictimai-siyasi həyatında mühüm yer tutmağa başlayıb, sosial-iqtisadi proseslərin iştirakçısına çevrilib. Müstəqillik dönəmində Azərbaycanda QHT-lərin fəaliyyəti əsas etibarilə 2000-ci il 13 iyun tarixində qəbul edilən "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanunla tənzimlənir. 2000-ci ildən sonra bu qanuna bir neçə dəfə dəyişikliklər edilib və qanun daha da təkmilləşdirilib. Bundan əlavə, QHT-lərin fəaliyyətini tənzimləyən bir sıra digər normativ-hüquqi aktlar da qəbul olunub. Son dövrlərdə qeyri-hökumət təşkilatları ilə bağlı qəbul edilən yeni normativ-hüquqi aktlar və mövcud qanunvericiliyə dəyişikliklər iki məqsədə xidmət edir: bu sahədə şəffaflığın təmin edilməsi və qeyri-hökumət təşkilatlarının dövlət orqanları ilə ünsiyyətinin sadələşdirilməsi. Burada bir faktı vurğulamaq istərdik ki, ümumiyyətlə, şəffaflığın artırılması son zamanlar ölkəmizdə aparılan bütün islahatların ana xəttini təşkil edir. Bildiyiniz kimi, 2013-cü il 5 fevral tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ""Elektron hökumət" portalı haqqında Əsasnamə"nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə" fərman imzalayıb. Bu sənədin məqsədi dövlət orqanları tərəfindən elektron xidmətlərdən istifadənin genişləndirilməsi, dövlət qulluqçusu ilə vətəndaş arasında birbaşa təmasın azaldılması və korrupsiya faktlarının qarşısının alınması olub. Bununla bağlı artıq dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə tamamilə yeni müstəviyə keçdiyini və Azərbaycan Respublikasının Prezidentinin də dəfələrlə vurğuladığı kimi, Azərbaycanın brendi olan "ASAN xidmət" mərkəzlərinin fəaliyyətini də xüsusi qeyd etmək lazımdır. Digər tərəfdən, şəffaflığın təmin edilməsi ilə bağlı tədbirlər, sadəcə dövlət sektorunu deyil, vətəndaş cəmiyyəti institutlarını da əhatə etməlidir. Yalnız belə olduqda biz məqsədlərimizə tam nail ola bilərik. Təsadüfi deyil ki, yuxarıda qeyd etdiyimiz fərmanın imzalanmasından cəmi bir neçə ay sonra Azərbaycan Respublikasının Prezidenti 2013-cü il 20 noyabr tarixində "Qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" fərman imzaladı. Bu fərmanın məqsədi qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi və beləliklə də onların işinin, müvafiq dövlət orqanları ilə əlaqələrinin daha da asanlaşdırılması olub. Fərmanda qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsi üçün "Fərdi elektron pəncərə" elektron məlumat sisteminin yaradılması nəzərdə tutulub. Bu sistemdə qeydiyyatdan keçmiş hər bir qeyri-hökumət təşkilatı, yalnız özünün daxil ola bildiyi "Fərdi elektron kabinet"ə malik olacaq ki, bu kabinet vasitəsilə də o, dövlət orqanı ilə əlaqələrini sadələşdirilmiş şəkildə qura biləcək. Artıq "Fərdi elektron pəncərə" sistemi hazırdır və artıq qeyri-hökumət təşkilatlarının iştirakı ilə onun təqdimat mərasimi keçirilib. 2013-cü ilin 17 dekabr tarixində qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı bir sıra qanunvericilik aktlarına edilən dəyişikliklər nəticəsində bu sahədə mövcud olan normativ-hüquqi aktlardakı bir sıra boşluqlar aradan qaldırılıb.

Ötən müddət ərzində  QHT sektorunda kifayət qədər nəzərəçarpacaq layihələr həyata keçirilib. Nəzərə almaq lazımdır ki, əvvəllər dövlətlə QHT arasında olan əməkdaşlıq formaları çox inkişaf etməmişdi, QHT-lər xarici donorlardan asılı vəziyyətdə idi. Ölkədə Prezident Yanında Qeyri-hökutət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yarandıqdan sonra vətəndaş cəmiyyətləri yeni mərhələyə qədəm qoymuş oldu. Prezident İlham Əliyevin xüsusi sərəncamı ilə yaradılan Şura dövlətin ayırdığı vəsaiti QHT-lərin layihələrinə yönəltmək səlahiyyətinə malik oldu. Bu fakt göstərdi ki, dövlət QHT sektorunu maddi baxımdan dəstəkləmək əzmindədir. QHT-lərə Dövlət Dəstəyi Şurasının səlahiyyətlərinə QHT-lərin yaranması, formalaşması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, QHT-lərin fəaliyyəti üçün münbit şəraitin yaradılması, onların informasiya təminatı və beynəlxalq əlaqələrinin qurulmasında texniki dəstəyin verilməsi və s. məsələlər əks olunub. Bütün bunlar şuranın fəaliyyət dairəsinə daxildir. Onu da qeyd etmək lazımdır ki, bu müddət ərzində QHT sektorunda xüsusi canlamanı müşahidə edilib. Etiraf edilməlidir ki, İnsanların ictimai-siyasi və özünüdərkinin yetkinləşməsi sayəsində cəmiyyətdəki ictimai-siyasi və sosial-iqtisadi proseslərin tənzimlənməsində vətəndaşların müxtəlif təbəqələrini və kateqoriyalarını təmsil edən ictimai qurumların fəal rol oynaması dövlətin və insanlar toplumunun daha yüksək inkişaf səviyyəsini təşkil edən vətəndaş cəmiyyətini səciyyələndirən əsas amillərdəndir. Cəmiyyətin problemlərinin həlli sahəsində ictimai qurumların tədricən daha çox funksiyanı mənimsəməsi ilə dövlət orqanlarının fəaliyyətində daha çox siyasətin müəyyənləşdirilməsi və nəzarət funksiyaları üstün yer tutur. Sirr deyil ki, Azərbaycan hökuməti və vətəndaş cəmiyyəti arasında qarşılıqlı münasibətlər, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin hüquqi bazasına söykənib. Lakin bəzi hallarda təəssüfedici məqamlara da rast gəlinir ki, bu da arzuolunmaz proseslərlə sərgilənir. Belə ki, son vaxtlar dövlət-QHT münasibətlərində qarışıqlı münasibətlər artsa da, mənfi halların baş verməsi bir çox ictimai birlik qurumları tərəfindən iddia edilir. Lakin araşdırmalar göstərir ki, belə iddiaların çox olması yanlış fikirlərin cərəyan etməsindən irəli gərlir. Daha dəqiq desək, ölkədə dövlət- QHT əməkdaşlığında vəziyyət kifayət qədər normaldır. Müasir dövrümüzdə münaqişələr ictimai həyatın bütün sahələrində və inkişafının bütün səviyyələrində mövcuddur. Bu baxımdan həm sosial, həm də siyasi istiqamətlərdə mövcud olan konfliktlər və onların həllindən QHT-lərin yeri və rolu tədqiqatçılar üçün mühüm əhəmiyyət kəsb edir. Onu da qeyd edək ki, Azərbaycanın vətəndaş cəmiyyəti institutlarının beynəlxalq və regional səviyyədə effektiv xarici əlaqələrin qurulması baxımından bir sıra layihələr uğurlu icra olunmuş və nəticədə əməkdaşlıq çərçivəsinlə yeni perspektivlər üzə çıxmışdır. Həyata keçirilən layihələrin əsas məqsədi yerli QHT-lərin beynəlxalq və regional şəbəkələrə qoşulmasına, onların effektiv xarici əlaqələrinin qurulması imkanlarının genişləndirilməsinə texniki-metodiki dəstək göstərməklə, Azərbaycan vətəndaş cəmiyyəti institutlarının potensialının beynəlxalq arenada reallaşdırılmasına nail olmaq, onların institutsional və dayanıqlı inkişafına töhfə verməkdən ibarət olub. Müxtəlif zamanlarda gerçəkləşdirilən həmin layihələrin yekun konfranslarında bir daha təsdiq edilib ki, bu çərçivədə reallaşdırılan işlər səmərəli və məntiqi nəticəsini verir.

Onu da qeyd edək ki, Azərbaycanın vətəndaş cəmiyyəti institutlarının beynəlxalq və regional səviyyədə effektiv xarici əlaqələrin qurulması baxımından bir sıra layihələr uğurlu icra olunmuş və nəticədə əməkdaşlıq çərçivəsinlə yeni perspektivlər üzə çıxmışdır. Həyata keçirilən layihələrin əsas məqsədi yerli QHT-lərin beynəlxalq və regional şəbəkələrə qoşulmasına, onların effektiv xarici əlaqələrinin qurulması imkanlarının genişləndirilməsinə texniki-metodiki dəstək göstərməklə, Azərbaycan vətəndaş cəmiyyəti institutlarının potensialının beynəlxalq arenada reallaşdırılmasına nail olmaq, onların institutsional və dayanıqlı inkişafına töhfə verməkdən ibarət olub. Müxtəlif zamanlarda gerçəkləşdirilən həmin layihələrin yekun konfranslarında bir daha təsdiq edilib ki, bu çərçivədə reallaşdırılan işlər səmərəli və məntiqi nəticəsini verir. Faktdır ki, Azərbaycanın bir sıra vətəndaş cəmiyyəti qurumları bir sıra sahələr üzrə ölkə ictimaiyyəti və beynəlxalq təşkilatlarla xeyli işlər görmüşdür. Lakin beynəlxalq əməkdaşlıq çərçivəsində elə QHT-lər də mövcuddur ki, onların fəaliyyəti qeyri-dövlətçilik prinsiplərinə daha yaxın olur. Yəni elə qurumlar mövcuddur ki, onların fəaliyyətində erməni vətəndaş cəmiyyəti ilə əlaqələri üzə çıxır. Bu baxımdan Azərbaycan qeyri-hökumət təşkilatlarının erməni vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlığı normal qəbul edilmir. Eyni zamanda, belə fəaliyyət nöqsanlı fəaliyyət kimi dəyərləndirilir. Hətta Azərbaycanın bəzi qeyri-hökumət təşkilatları Ermənistana gedərək orada müxtəlif tədbirlərdə iştirak edirlər. Bu təşkilatlar xaricdən qrant alır, bundan əlavə bəzi təşkilatlar ermənilərin qrantlarına da göz dikirlər. Belə tədbirlərdə iştirak etmək, bilavasitə dövlət üzərindən keçərək, şəxsi məqsədlərin təmin olunması kimi qəbul edilir. İşğal olunan torpaqlarımız azad edilmədən iki ölkə QHT-lərin əməkdaşlığı beynəlxalq təşkilatlar üçün də görüntü xarakteri daşıyır.

Qeyd edək ki, ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında da əksini tapıb. Sənəddə qeyd olunur ki, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı və milli maraqlarının təmin olunması demokratiyanın daha da dərinləşdirilməsini, dövlətlə vətəndaş cəmiyyəti institutları arasında münasibətlərin daim müasirləşdirilməsini, QHT-lərin fəaliyyətinin stimullaşdırılmasını zəruri edir. Konsepsiyanın həyata keçiriləcəyi dövrdə vətəndaş cəmiyyətinin inkişafı, dövlət orqanları ilə vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın təkmilləşdirilməsi istiqamətində dövlət siyasəti davam etdiriləcək. Dövlətlə ictimai təşkilatlar arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi, ictimai həyatın müxtəlif sahələrində mövcud olan problemlərin alternativ həlli yolları ilə bağlı QHT-lərin əsaslandırılmış təklifləri diqqət mərkəzində saxlanılacaq. Mühüm dövlət proqramlarının hazırlanması prosesinə QHT-lərin cəlb olunması, dövlət komissiyalarının işində onların yaxından iştirakı təmin ediləcək. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyinin dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara çatdırılması yönündə QHT-lərin potensialından daha səmərəli istifadə olunacaq.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR