Vəhşi quş təbiətə buraxıldı – Sahibi cərimələndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi nəzarət etdiyi inzibati ərazilərdə (Quba, Qusar, Xaçmaz, Şabran) "Ətraf Mühitin Mühafizəsi Haqqında" Qanununun tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirib.
Nazirliyin əməkdaşlarının Quba rayonunda keçirdiyi nəzarət tədbirləri zamanı Sahil Ağamuradovun qırğıkimilər fəsiləsindən olan və adı "Qırmızı Kitab"- a düşmüş vəhşi quşu təbiətdən ayırmaqla gəlir mənbəyi məqsədilə istismar etdiyi müəyyən edilib. Araşdırma zamanı vəhşi quşun saxlanılması üçün Qusar rayon sakini S.Ağamuradovun quşun təbii mühitdən götürülməsi və saxlanılması barədə rəsmi təsdiqedici sənədinin olmadığı məlum olub. Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və o inzibati qaydada 400 manat məbləğində cərimə olunub. Vəhşi quş təbiətə buraxılıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR