Söz və media azadlığı demokratik cəmiyyətin əsas elementləridir

Aqil Ələsgər: "Prezidentin bir-birinin ardınca azad medianın inkişafı üçün atdığı addımlar sözün hər mənasında dünyada rezonans doğurur"

"Bu gün ölkəmizdə olan demokratik dəyərlər, hətta bəzi inkişaf etmiş ölkələrdəkindən də çoxdur"

Bir qayda olaraq mətbuat cəmiyətin güzgüsü hesab olunur. Cəmiyyətdə, ölkədə, ictimai-siyasi həyatda  baş verən proseslər, hadisələri mətbuat işıqlandırır, onu ictimailəşdirir. Mətbuat cəmiyyətə bu və ya digər hadisəni, məlumatı, həyata keçirilən tədbirləri müsbət yöndən də çatdıra bilər, mənfi yöndən də. Ancaq bütün halda mətbuat, kütləvi informasiya vasitələri hər hansı bir olaya, tədbirə obyektiv yanaşma, ona dəqiq, qərəzsiz şəkildə qiymət verməlidir. Necə ki, bu demokratik cəmiyyətlərə xas olan bir xüsusiyyətdir. Yəni, sənin, jurnalistin, media təmsilçisinin maraqlarının təmin edilib-edilməməsindən asılı olmayaraq hadisəyə obyektiv qiymət əsas şərt olmalıdır. Kütləvi informasiya vasitələri həmin hadisəyə, olaya, həyata keçirilən tədbirə hakimiyyətin, yaxud iqtidarda olan siyasi partiyanın, eləcə də müxalif siyasi təşkilatların mövqeyindən yanaşmamalıdır. Belə olan təqdirdə mətbuat gözdən düşür, ona inam azalır. Cəmiyyət, ictimaiyyət üçün ölkədə kütləvi informasiya vasitəsi, qəzet və jurnalların fəaliyyət göstərib göstərməməsi o qədər də əhəmiyyət kəsb etmir. Çünki oxucu, cəmiyyətin informasiyaya, məlumata ac olan hissəsi qəzetdən, jurnaldan, hətta televiziya kanallarından belə istədiyini əldə edə, lazım olan məlumatı toplaya bilmir.

Ancaq tam əminliklə deyə bilərik ki, yuxarıda sadaladığımız problemlər Azərbaycanda yoxdur. Bunu isə şərtləndirən əsas məqamlardan biri Azərbaycanda mətbuatın, kütləvi informasiya vasitələrinin müstəqil şəkildə fəaliyyət göstərməsidir. Yəni müstəqilliyin ilk illərinə, eləcə də Milli Azadlıq Hərəkatı dövrünə, 1988-1990-cı illərdən fərqli olaraq günümüzdə Azərbaycan mətbuatı, kütləvi informasiya vasitələri hansısa siyasi partiya və qurumların, yaxud mərkəzi hakimiyyətin maraqlarından deyil, yalnız və yalnız öz maraqlarından çıxış edir. Bu da onun müstəqilliyinin qarantı rolunu oynayır.

Bu gün həm Azərbaycan, həm də bizimlər qonşu, yaxın və uzaq ölkələrə nəzər yetirsək, həmin ölkələrdə, eləcə də bizim respublikamızda mətbuatın durumu, nə dərəcədə müstəqil fəaliyyət göstərdiyi, fikir, söz, məlumat və ifadə azadlığının təmin edilməsi istiqamətində hansı zəruru və ardıcıl addımların atıldığına nəzər yetirsək, Azərbaycanın ön sıralarda olduğunu aydın şəkildə görərik. Tam əminliklə deyər bilərik ki, bu gün Azərbaycan mətbuatı, kütləvi informasiya vasitələri yerləşdiyi coğrafiyaya daxil olan respublikalardan, yaxın və uzaq ölkələrdən daha azad, demokratikdir. Mətbuatın müstəqil, azad və demokratik olması isə öz-özlüyündə həmin ölkədə fikir, söz, məlumat və ifadə azadlığı, plüralizmin təmin edildiyindən xəbər verir. Qətiyyətlə deyə bilərik ki, Azərbaycanda fikir, söz və məlumat azadlığı yüksək səviyyədə qorunur. Elə "Yeni Çağ" qəzetinin (yenicag.az) baş redaktoru Aqil Ələsgər də bu qənaətdədir. "OLAYLAR"-a verdiyi müsahibədə Aqil Ələsgər Azərbaycanda söz, fikir, məlumat və ifadə azadlığı, plüralizmin təmin edilməsi istiqamətində görülən işlər, dövlətin kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi məqsədilə mətbuata göstərdiyi dəstəkdən və s. danışıb.

-Aqil bəy, bu gün Azərbaycan mediası, kütləvi indormasiya vasitələrinin durumunu necə dəyərləndirirsiniz?

- Kütləvi İnformasiya Vasitələrinin fəaliyyət şərtləri az qala hər il dəyişir. Bunun da obyektiv və subyektiv səbəbləri var. Əvvəla onu qeyd etmək lazımdır ki, kütləvi informasiya vasitələri ciddi şəkildə internetdən qidalanmağa başlayıb və bu da normaldır. Ölkəmizdə isə bu mənada durum olduqca nümunəvidir. Azərbaycan tək regionda deyil, bütövlükdə dünyada internet istifadəçilırinin nisbətdə sayına görə öncül yerlərdən birini tutur. Bu da ölkəmizdə yeni mediaya keçidi daha da rahatlaşdırır.

-Azərbaycan demokratik cəmiyyətin bir üzvü kimi fikir, söz və məlumat azadlığına nə dərəcədə önəm verir və bu prinsiplərin tətbiqinə əməl edir?

- Bilirsiniz, söz və media azadlığı demokratik cəmiyyətin əsas elementləridir. Ölkəmiz də BMT və ATƏT-in üzvü olaraq öz üzərinə çox ciddi öhdəliklər götürüb. Sevindirici haldır ki, bugün biz bu öhdəliklərin ən yüksək səviyyədə yerinə yetirilməsinin canlı şahidləriyik. Bugün ölkəmizdə yüzlərlə internet resurs mərkəzi, qəzetlər, televiziyalar fəaliyyət göstərməkdədir. Və bu proses bugün də davam etməkdədir.

-Ümumiyyətlə digər ölkələrlə müqayisədə Azərbaycan fikir, söz və məlumat azadlığının təmin olunması baxımından necə xarakrerizə edilə bilər?

- Dünyada mövcüd ola bilən bütün hüquq və azadlıqlar konsepsiyasının mayasında rəqabətlik mühiti dayanır. Azərbaycan isə bu mənada ciddi modellər ortaya qoyub. Digər bir tərəfdən ölkəmiz Şərq dünyası tarixində xüsusi yer tutur. Belə ki, ilk demokratik respublika bizdə yaranıb. Bundan başqa ilk dəfə şərqdə qadına seçki hüququnu biz vermişik. Bu ilklərin sıralamalarını çoxaltmaq da olar. Görünən odur ki, bu gün ölkəmizdə olan demokratik dəyərlər, hətta bəzi inkişaf etmiş ölkələrdəkindən də çoxdur.

 -Dövlət və onun prezidenti ölkədə fikir, söz və məlumat azadlığının təmin olunması istiqamətində hansı addımlar atır?

- Bugün qəti şəkildə deyə bilərik ki, ölkəmiz dünyada kifayət qədər ciddi nüfuzu ilə tanınıb. Ümumilikdə isə Azərbaycan mətbuatında senzuranın ləğvi yeni dövrün başlağıcını qoydu. Məhz Ulu Öndər Heydər Əliyevin 1998-ci iıdə verdiyi qərar sözün hər mənasında kütləvi informasiya vasitələrinin tarixində yeni dönəmə start verdi. Bugün Prezident İlham Əliyevin apardığı siyasətin ən mühüm hissəsi də məhz ölkədə azad söz prinsiplərinin qorunması ilə bağlıdır.

-Bəs bu məqsədlə mətbuata hansı imkanlar və şərait yaradılır?

- Azərbaycanda kütləvi informasiya vasitələri nümayəndələrinə qarşı diqqət və qayğı olduqca sevindiricidir. Elə bircə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasını xüsusi olaraq vurğulamaq istərdim. Bildiyimiz kimi hər il sözügedən fond tərəfindən jurnalistlər arasında fərdi yazı müsabiqələri keçirilir ki, həmin müsabiqələr zamanı qalib olan həmkarlarımız mükafatlandırılır. Paralel olaraq fond fəaliyyət istiqamətindən asılı olmayaraq onlarla qəzetin, KİV orqanının layihələrini maliyyələşdirir ki, bu da həm qəzetlərin maddi texniki bazasının möhkəmləndirilməsi, həm də mətbuat nümayəndələrinin sosial durumunun yaxşılaşdırılmasına müsbət təsir göstərir. Bundan başqa Prezident İlham Əliyev tərəfindən müntəzəm olaraq qəzetlərə birdəfəlik maddi yardımlar ayrılır. Həmçinin dövlət başçısı jurnalistlərin sosial-mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində atdığı və anoloqu olmayan bir addım nəticəsində yüzlərlə jurnalistə, media nümayəndəsinə tam təmirli şəkildə mənzillər verildi. Bu sözün əsl mənasında dünya üçün şok oldu. Bilirsiniz ki, bəzən ermənipərəst qüvvələr öz lobbiçilik imkanlarından istifadə edərək ölkəmizi dünyaya fərqli rakursdan tədim etməyə çalışırlar. Ancaq Prezidentin bir-birinin ardınca azad medianın inkişafı üçün atdığı addımlar sözün hər mənasında dünyada rezonans doğurur. Bu gün ən aktiv jurnalistdən 50 həmkarının adını soruşsaq, o ən yaxşı halda 25-30 nəfərin adını çəkə biləcək. Ancaq bu günlərdə 410 jurnalist mənzillə təmin olunub, 2019-cu ildə daha 255 jurnalist ailəsi sevinəcək. Bu da Azərbaycan prezidentinin azad sözə, mediaya verdiyi dəstəyin təcəssümüdür.

-Azərbaycan fikir, söz və məlumat azadlığının təmin olunması baxımından öndə olduğu halda, bəzi beynəlxalq təşkilatların müntəzəm olaraq bu sahədə Azərbaycanı hədəf seçməsi nəyə hesablanıb və məqsəd nədir?

- Ümumiyyətlə dünyada dövlətlərarası münaqişədə siyasi, iqtisadi faktorlar olduğu kimi, din faktoru da məkrli məqsədlərdə istifadə olunur. Bunu artıq bütün dünya bilir. Azərbaycan əslində əsl tolerant bir ölkədir. Multikultralizmin Azərbaycan modeli isə dünyanın bir çox ölkələrində tətbiq olunmaqdadır. Ancaq təəssüf ki, bugün Avropada islamafobiyanın geniş yayılması fonunda ölkəmizin də hədəf seçilməsi hər birimizi ciddi şəkildə incidir.

-Azərbaycan mediasının gələcək perspektivlərini necə qiymətləndirərdiniz?

- Etiraf etmək lazımdır ki, informasiya kommunikasiya texnologiyalarının inkişafı ölkə mediasının da elektronlaşmasını zəruri edir. Bu mənada hesab edirəm ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaxın illərdə tək çap mediasına deyil, eyni zamanda elektron KİV üçün də maliyyə imkanları ayıracaq. Bundan başqa hər il Prezident tərəfindən media sahəsinin təkmilləşməsi üçün sərəncamlar imzalanır. Hesab edirəm yaxın illərdə biz dünya mediası ilə ciddi ayaqlaşma imkanı qazanacağıq.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR