Aktrisanı təhqir etdilər: “Bədəni başdan-ayağa...” - VİDEO

 

"Vicdan haqqı" serialının Nərgizi, cazibədar aktrisa Ülviyyə Xəlilbəyli sosial şəbəkədə onu təhqir edənlərdən danışıb.

Yenicag.az-a açıqlama verən aktrisa həmin insanların paxıllıqdan belə yazdıqlarını dilə gətirib:

"Yazırlar ki, sən aktrisalığı bacarmırsan, get başqa işlə məşğul ol. Hətta yazırlar ki, səni sevmirəm, nifrət edirəm. Təhqir edənlər belə olur. Qurd ağacı içindən yeyir. İnsan uğur qazandıqca, bunu həzm edə bilməyənlərin sayı çoxalır. Hərdən belə rəyləri görməməzliyə vururam, hərdən də gözyaşıma güc verirəm. Müəyyən vaxtlar olub ki, sosial şəbəkələrdə profilimi bağlamışam. Çünki bəzilərinin olmayan məsələləri yazması mənə psixoloji təsir edir".

Aktrisa onu plastik əməliyyat etdirməkdə günahlandıranları qınayıb:

"Yazırlar ki, bədəni başdan-ayağa plastik əməliyyatdır. Halbuki, bir dənə burnum əməliyyat olunub. Bu gün Azərbaycanda 99 faiz qızlar, hətta evdar xanımlar belə əməliyyat etdirir. Amma mənim adi bir hərəkətim onların gözünə iynə kimi batır. Çox vaxt susuram. Elə insanlar var ki nə desən də, söz təsir etmir".

Cəvahir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR