Evdə it saxlamağın İNANILMAZ FAYDALARI

Aparılan elmi araşdırmalar zamanı it sahibi olmağın insan psixologiyası və sağlamlığına müsbət cəhətdən təsir göstərdiyi təsbit edilib. Yox, əgər yenə də evdə it saxlamaqla bağlı qərarınız qəti deyilsə, o zaman Ailem.az-ın bu materialını oxuyun və evdə it saxlamağın inanılmaz faydaları ilə tanış olun.

Qan şəkərinizə nəzarət edər

Sahiblərinin qan şəkərinin düşdüyünü hiss edən itlər fərqli davranışlar göstərir. Əgər xəstəliyinizin fərqindəsinizsə, itin nə üçün belə etdiyini anlaya bilərsiniz.

Depressiyanın qarşısını alar

Aparılan araşdırmalara görə, itlər saçdığı enerji ilə insan psixologiyasına müsbət təsir edir və bu da sahibin daha az depressiyaya düşməsinə kömək edir.

Allergiyaya qarşı müqaviməti artırır

Uşaqlıq yaşından it sahibi olan insanlarda çox az allergik hallar yaşanır.

İdman etmənizə kömək edər

İt sahibi olanlar çox az hallarda piylənmə problemi yaşayar. Bunun səbəbi isə tez-tez gəzmək istəyən itin özü ilə birlikdə sahibini də gəzməyə, qaçmağa vadar etməsidir. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR