''Günəşli” yatağındakı 11 saylı platformada aparılan yenidənqurma işləri tamamlanıb

SOCAR-ın "Neftqaztikinti" tresti tərəfindən chr("39")chr("39")Günəşli" yatağındakı 11 saylı Dərin Dəniz Özülündə (DDÖ) aparılan yenidənqurma işləri tamamlanıb. "OLAYLAR"-ın şirkətə istinadən verdiyi xəbərə görə, DDÖ-də əlavə 4 quyunun qazılması üçün nəzərdə tutulan layihə "Azneft" İstehsalat Birliyinin sifarişi əsasında həyata keçirilir. Məqsəd yataqda qazılacaq yeni quyuların keyfiyyətli istismarını, neftin və qazın hasilatının və nəqlinin sabit saxlanılmasını təmin etməkdir. Layihə çərçivəsində 4 kompleks üzrə tikinti-quraşdırma işləri yerinə yetirilib.
Yenidənqurma işləri təhlükəsizlik və əməyin mühafizəsi ilə bağlı müasir tələblərə uyğun şəkildə həyata keçirilib. Tikinti-quraşdırma prosesi başa çatdıqdan sonra obyekt üzrə Dövlət Qəbul Komissiyası keçirilib və istismara təhvil verilib. Yeni 4 quyunun hər biri üzrə sutkada 80 ton neft və 10.000 kubmetr qaz hasil ediləcəyi proqnozlaşdırılır. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR