MEK – də təlim

AMEA Mərkəzi Elmi Kitabxanasında Vahid Qeydiyyat Sisteminin (VQS) təşkili və Milli Rəqəmsal Yaddaş (MRY) layihəsinin tətbiqi ilə bağlı təlim keçirilib. Kitabxanadan "Olaylar" - a bildirilib ki, təlim MEK-in Elektron kataloqun koordinasiya bölməsinin rəhbəri Günel Əhədova tərəfindən aparılıb.

Təlimin məqsədi avtomatlaşdırılmış kitabxana idarəetmə sisteminin komplektləşdirmə və kataloqlaşdırma modullarında edilən yeniliklərlə bağlı əməkdaşları təlimatlandırmaq olub. Əsasən Kitabxana-xidmət şöbəsinin və Proqramçılar bölməsinin əməkdaşlarının iştirak etdiyi təlimdə kataloqlaşdırma modullarında edilən yeniliklərdən, MRY-da iş sisteminin xüsusiyyətlərindən bəhs edilib. MRY-a daxil edilən kitabların siyahısını açıqlayan G.Əhədova elektron kataloqlaşdırma prosesindəki ardıcıllığı izah edib, dəqiqliyin vacib şərt olduğunu vurğulayıb. Sonra seçilmiş sənədlərin MRY-a daxil edilməsi ilə bağlı məlumat verilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb, suallara aydınlıq gətirilib.

Xatırladaq ki, Mərkəzi Elmi Kitabxana tərəfindən həyata keçirilən MRY-ın məqsədi Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda mövcud olan bütün məlumatları toplamaq, sistemləşdirmək, rəqəmsallaşdırmaq, elektron kataloqa daxil etmək, arxivləşdirmək, yerli və dünya oxucusunun, tədqiqatçısının istifadəsinə verməkdir. Mərkəzi Elmi Kitabxanada 2016-cı ilin sonlarından həyata keçirilməyə başlamış Milli Rəqəmsal Yaddaş layihəsində əsasən Azərbaycanın qədim mədəniyyətini, tarixini, etnoqrafiyasını, arxeologiyasını, dövlətçiliyini, qanunvericiliyini, demoqrafik və statistik durumunu əks etdirən sənədlər yerləşdirilir. Vahid Qeydiyyat Sistemi (VQS) isə 2016-cı ilin mart-aprel aylarından, MEK-in əməkdaşları tərəfindən hazırlanaraq istifadəyə verilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR